title header
phone vnt

Təbəssümün dizaynı

“Azdent”lə birgə gülümsəyin

Gözəl təbəssüm!

Həqiqətən də bundan gözəl nə ola bilər ki?! Gözəl təbəssümə malik olan insanın qarşısında cəmiyyətin bütün qapıları açılır. Belə bir adamın digərləri ilə ünsiyyət saxlamaqda heç bir maneəsi olmur. Gözəl təbəssümdən xali olanlar üçün isə həyatda, cəmiyyət arasında çox çətin olur.

Məhz bu səbəbdən son illər ərzində praktik stomatologiya gözəl təbəssüm yaratmaq istiqamətinin inkişafı yolunda böyük səylər göstərmiş və nəhayətdə vizual nöqsanları ifadəli bir cəhətə çevirmək imkanı əldə etmişdir.

Bəs təbəssümün dizaynı nədir? Təbəssümün dizaynı – hər bir kəsə xəyallarında gəzdirdiyi təbəssümün, bəzilərinə isə Hollivud təbəssümünün sahibi olmaq imkanıdır. Stomatoloqların bu sahədə olan işlərinin nəticəsini istənilən kimi adlandırmaq olar, lakin onun effekti, bir qayda olaraq, bütün gözləntiləri aşır.

Xəyaldakı təbəssümü yaratmaq üçün dişlər, damaqlar, dodaqlar, ağız boşluğu da daxil olmaqla sifətin bütün quruluşu ilə kompleks şəkildə işləmək lazımdır. Mütəxəssis bu zaman sifət quruluşunun bütün “elementlərini” və ya onların bəzi hissələrini öz işinə cəlb edə bilir. Məsələn, bir çox hallarda yaxşı görünməyən təbəssümün səbəbi dişin və ya çənə sisteminin anadangəlmə anomaliyası olur. Alınmış zərbə, zədə və s. kimi səbəblər ucbatından meydana çıxmış qazanılmış xarakterli dəyişikliklər də az deyidir. Bəzi pasiyentlərin təbəssüm estetikasını diş-alveolyar damağın forması, başqalarında – diş sırasının anomaliyası, digərlərində isə - ayrı-ayrı dişlərin yerləşməsinin və formasının patologiyası və s. korlayır.

Təbəssüm dizaynının qaydaları

Üfüqi tənləşdirmə

Dişlərin kəsici kənarının xətti gözlərin üfüqi xəttinə paralel olmalıdır. Adətən, dişlər bu xətdən kənarlaşırlar ki, bu da təbəssümün gözəlliyinə xələl gətirir.

image002

Simmetriya

İdeal halda təbəssümün simmetriyasının xətti sifətin orta xətti ilə üst-üstə düşməlidir. Yəni, bir tərəfdə yerləşən diş, çənənin o biri tərəfində olan dişin sanki güzgüdə olan əksi kimi görünməlidir. Belə “güzgü” simmetriyası düzgün və cəlbedici təbəssümün formalaşdırılması üçün çox mühümdür. Nəzərə almaq lazımdır ki, bu, heç də həmişə mümkün olmur.

image004

Təbəssümün xətti

Dişlərin kəsici kənarı ilə keçən təbəssüm xətti alt dodağın xəttini təkrarlamalıdır. Bu halda təbəssüm daha təravətli və cavan görünür. Təbəssüm xətti nə qədər düz olsa isə insan bir o qədər yaşlı görünəcəkdir – bu, “dişlərin yeyilməsi” vizual effekti ilə əlaqədardır. Qadınların təbəssüm xətti kişilərinkinə nisbətən daha əyri olur.

image006

Damaq xətti

Damaq xətti üst dodağın xətti ilə bir olmalıdır. Əyri damaq xətti cəlbediciliyin itirir, hətta bəzən pis təəssürat oyadır.

image008

Dişin kəsici hissəsinin əyriliyi

Dişin kəsici kənarı iti formada olmasaydı diş kvadrat və böyük görünərdi. Diş ağızda nə qədər dərində yerləşirsə, onun kəsici kənarının əyriliyi bir o qədər də gözəçarpan olmalıdır.

image010

Damağın yarımay forması

Bütün dişlərin damağı yarımay formasında olduqda, təbəssüm daha çox estetik görünür.

image012

Qabaq dişlərin eninin düzgün mütənasibliyi

Diş ölçülərinin “qızıl kəsim” qaydası qabaq dişlərin ideal eninin nisbətini belə təsvir edir: 1,6/1,0/0,6

image014

Diş proporsiyası

Hər bir dişin özünün müəyyən proporsiyası vardır. Məsələn, qabaq dişin hündürlüyünün onun eninə nisbəti belədir: 1:0,75

image017

Təbəssümün eni

İnsan güləndə onun ağzının kənarlarında qara (“boş”) yerlər qalmamalıdır. Əks halda, kənar adamlarda belə təəssürat oyana bilər ki, bu şəxsin qabaq dişlərindən başqa digər dişləri yoxdur.

image017

“Azdent” klinikasının mütəxəssisləri diş-çənə sisteminin hər hansı bir çatışmazlıqlarından qurtulmaqda, ümumiyyətlə belə nöqsanların mövcudluğunu belə həmişəlik yaddan çıxarmaqda və öz təbəssümünüzdən həzz almaqda Sizə kömək edəcəklər! Biz Sizə heyranedici nəticələr zəmanət veririk! Çünki, “Azdent”də ən müasir texnologiyalar, avadanlıq və materiallar tətbiq olunur və ən əsası da belə işləri görməyi bacaran yüksək ixtisaslı istedadlı mütəxəssislər mövcuddur.

“Azdent” klinikasına müraciət edərkən Siz düzgün seçim etmiş olursunuz! Mütəxəssislərimiz yalnız Sizin üçün, yalnız Sizə yaraşan təbəssümün korreksiya variantını seçəcəklər. Bütün proses isə üç mərhələdən ibarət olur:

 

1. Diaqnostika

Bu mərhələdə pasiyentin müayinəsi və həmçinin diaqnostik fotoçəkiliş həyata keçirilir. Rəqəmsal fotokameranın köməyi ilə zəruri sayda çəkiliş aparılır. Daha sonra bu fotolar mütəxəssislər tərəfindən təhlil edilir. Təhlil nəticəsində konkret pasiyentin müalicə metodikası müəyyənləşir. Kompüterin monitorunda sifətin ümumi quruluşu, pasiyentin qadın və ya kişi olması, həmçinin onun fərdi arzuları da nəzərə alınmaqla gələcək təbəssümün modelləşdirilməsi həyata keçirilir. Aparılmış işin nəticəsində monitorda bu təbəssümün, dişlərin rənginin, onların formasının necə olacağı artıq əvvəlcədən bəlli olur və görünür.

2. Təbəssümün dizaynının variantının müəyyən edilməsi

Aparılmış tibbi müayinədən və fotoşəkillərin xüsusi proqram təminatının tətbiqi ilə təhlilindən sonra “Azdent” klinikasının həkim konsiliumu qüsurun növünü və dərəcəsini və həmçinin onun aradan qaldırılması yollarını müəyyən edir. Hər bir qəbul edilmiş qərarın əsasında bir neçə professional stomatoloqun, diş texnikinin böyük iş təcrübəsi və ən müasir kompüter texnologiyaları durur. Son olaraq qəbul edilmiş variant pasiyentlə razılaşdırılır.

3. Müalicə

Müalicə prosesinin gedişatında müayinə vaxtı müəyyən edilmiş nöqsan və qüsurlar aradan qaldırılır. Bütün bu çatışmazlıqların yerində isə sağlam, gözqamaşdırıcı və gözəl bir təbəssüb meydana gəlir.

Bu metodun tətbiqi artıq təcrübədə özünün yüksək effektivliyini sübut etmişdir. Diş-çənə sisteminin pozuntularının növündən asılı olmayaraq “Azdent” klinikasının mütəxəssisləri hər bir zaman gözəl nəticələr əldə edirlər.

Siz artıq bu gün əsrarəngsiz təbəssüm sahibi olmaq istəyirsiniz? Onda “Azdent” stomatoloji klinikası məhz Sizi gözləyir!

“Azdent” studiyasında qonaq olarkən

XXI əsr stomatologiyası – “Azdent” klinikası XXI əsrin stomatologiyası, yəni nə? Yəni, dünya stomatologiyasının innovasiya həlləri; Yəni, ciddi elmi araşdırmalar əsasında təşəkkül tapmış yeni yanaşma tərzilə edilən müalicə; Yəni, ən yeni nəsil texniki baza və stomatoloji avadanlıq -  “Azdent” klinikası Sizə diş xəstəliklərinin müalicəsində, təkraredilməz və sağlam təbəssümün yaradılmasında innovasiyaların…
Biznes-development – “Azdent” pasiyentləri üçün elmin yeni nailiyyətləri “Azdent” stomatoloji klinikası həm Bakının, həm də respublikamızın digər şəhərlərinin sakinləri arasında böyük populyarlığa malikdir. Klinikamızın əməkdaşlarının iş günü dəqiqələrinədək qeyd olunaraq tənzimlənmişdir. Bəs görəsən, onda öz başlıca işləri ilə məşğul olan “Azdent”in aparıcı stomatoloqlorı yeni elmi nailiyyətləri və üsulları gündəlik praktikalarına…
Arzuların uşaq stomatologiyası Kiçik pasiyentləri qəbul edən bir klinika: Gülərüzlü həkim və ətrafda isə çoxlu oyuncaq; Professional xidmət və hər bir balaca pasiyentə çox məhrəmyanə və isti münasibət; Müasir təchizata malik olan kabinetlər və rahat ab-hava. “Azdent” uşaq stomatologiyasının ixtisaslı mütəxəssisləri buraya qədəm basmış hər bir balaca pasiyentə professional həkim…
Sterilizasiya “Azdent” klinikasında xüsusi diqqət ayrılan məsələlərdən biri də sterilizasiya prosesləridir. Böyük qürur hissi ilə qeyd etmək istəyirik ki, klinikamızda ciddi şəkildə ən yüksək ISO 13485:2003 Avropa təmizlik keyfiyyəti standartlarına riayət olunur. Belə təmizlik standartı klinikada aparıan hər hansı bir profilaktik və ya müalicə prosedurları zamanı pasiyentlərimizin özlərini tam təhlükəsiz…
“Azdent” klinikası – pasiyentlərimiz üçün yalnız ən yaxşı avadanlıq “Azdent” klinikasının mütəxəssislərinin işinin keyfiyyəti, göstərilən tibbi xidmətlərin yüksək səviyyəsi, müalicə metodlarının geniş spektri və ağız boşluğunun çoxsaylı nöqsanlarının düzəldilməsi bir çox hallarda ən yeni stomatoloji avadanlığın tətbiqi ilə həll edilir. Bu zaman həm həkimlər, həm texniklər, həm də diaqnostlar belə…
Endodontiya Endodontiya və ya kanalların müalicəsi – stomatologiyanın mühüm sahələrindən biridir. Düzgün təyin edilmiş diaqnozdan və aparılmış müalicədən həm dişin, həm də bütün ağız boşluğunun sonrakı sağlıq durumu asılı olur. “Azdent” klinikası öz işində bu istiqamətə daha çox diqqət ayırır. Klinikanın endodont-həkimləri öz ustalıqlarını zaman-zaman xarici ölkələrdə keçdikləri müxtəlif seminarlar…
“Azdent” klinikası – pasiyentlərin rahatlığı yolunda “Azdent” stomatoloji klinikasında aparılan müalicə prosesini təkcə bir sözlə də xarakterizə etmək mümkündür. Tam rahatlıq – klinikamızın ana xətti, onun xüsusiyyəti budur. Komfort və rahatlıq Sizi klinikamıza ayaq basdığınız andan – diaqnostika prosedurlarından başlamış müalicənin sonuna qədər addımbaaddım müşayiət edir, hər tərəfdən əhatə edir.…
“Azdent” stomatologiyası – ağrısız müalicə Görəsən, dişləri müalicə etmək ağrısız ola bilərmi? Bəlkə diş müalicəsinin xoşagələn bir prosedur olması da mümkündür? “Azdent” stomatoloji klinikasının həkimləri hər iki, - ilk baxışdan qeyri-real görünən, - məsələni sübut etməyə hazırdırlar. Klinikamızın tibb təcrübəsində tətbiq olunan ən yeni müalicə üsulları və pasiyentlərlə iş üslubu…
“Azdent” klinikası - ən yeni metodlar və unikal yanaşma Beynəlxalq təbabətin ən yeni nailiyyətlərinin həkimin ən yüksək peşəkarlığı ilə sintezi – “Azdent” stomatoloji klinikası innovasiyaların real təsirini hiss etməyə Sizə imkan verəcəkdir. Biz diş və ağız boşluğu xəstəliklərinin müalicəsində ənənəvi yanaşmaları qəbul etmirik. Biz hər bir pasiyent üçün fərdi olaraq…
Profilaktika Dişlərin sağlamlığının qayğısına qalmaq, gündəlik gigiyena və profilaktikadan başlayır. Ən yaxşı diş fırçalarından və keyfiyyətli təmizləyici vasitələrdən istifadə etdikdə belə ev şəraitində dişlərin lazımi təmizliyini təmin etmək praktiki olaraq qeyri-mümkün olan bir işdir. “Azdent” stomatoloji klinikasına diş xəstəliklərinin profilaktikası məqsədi ilə müraciət etdikdə Siz bunları əldə etmiş olursunuz: professional…
Müəyyənlikdən yaxşı – yalnız müəyyənlikdir Nə çox olub ki, stomatoloji problemlərimizlə bağlı stomatologiyaya müraciət etdiyimiz zaman “prosedurlar və ya müalicə çoxmu cəkəcək?” sualımıza: “Baxarıq...” kimi qeyri-müəyyən bir cavab almışıq? Bəlkə də əksər stomatoloji kabinetlər üçün bu cür vəziyyət – normal bir işdir. “Vaxt – qızıldır” – deyib aqillər. “Azdent” stomatoloji…
“Azdent” klinikasının ən başlıca dəyəri – tibbi personal “Azdent” stomatoloji klinikasının öz müştərilərinə təqdim etdiyi tibb xidmətlərinin yüksək səviyyəsi ilk növbədə onun hər bir əməkdaşının professionallığından və həmçinin, onun öz işinə can-başla, ürəklə yanaşmasından irəli gələn bir fenomendir. Bizim klinikada təsadüfi adamlar, müvəqqəti iş yeri axtaran həkimlər olmur. Belə kadr…
Pasiyentlərə psixoloji dəstək – tez sağalmanın rəhnidir İnsanın hətta ən ağır xəstəlikləri zamanı ən mühüm aspektlərdən biri – onun psixoloji cəhətdən müvafiq durumda olmasıdır. Belə bir adamın Uca Yaradanın ona kömək etməsinə, öz gücünə, təcrübəli həkimlərin yardımına və dəstəyinə qəti şəkildə inanması, onun orqanizminin sürətlə bərpa olunacağına əsas yaradır. Təbii…
“Azdent” klinikası – texnikin işinin yeni konsepsiyası “Azdent” klinikasında hər hansı bir mütəxəssislə münasibətdə köhnəlmiş əmək konsepsiyası üsulları qəbul edilmir. Elə məhz tətbiq olunan əməyin təşkilinin unikal xüsusiyyətləri sayəsində klinikamızda yüksək effektivlik və göstərilən xidmətlərin əla keyfiyyəti əldə edilmişdir. Məsələn, əksər stomatoloji klinikalarda texnikin işi belə olur: çıxarılmış hazır surətlər…
Estetik stomatologiya Təbəssümünüzün Sizin qürur predmeti olmasına imkan yaradın! “Azdent” stomatoloji klinikasının mütəxəssisləri Sizə yaraşıqlılıq və sağlamlığın sevincini bəxş edəcəklər. Biz estetik stomatologiyanın yalnız ən yeni texnologiyalarını təklif edirik. Bü üsulun məqsədi dişlərdəki müxtəlif nöqsanları aradan qaldırmaqdır. Klinikamızın mütəxəssisləri Sizin sağlamlığınız və kamilliyiniz qarşısında duran bütün maneələri dəf etmək iqtidarındadır!…
“Azdent” klinikası – illərə hesablanmış zəmanət Zəmanətli müalicə... Bu sözləri demək olar ki, hər bir stomatoloji klinikada eşitmək mümkündür. Adət üzrə isə belə zəmanətlərin müddəti adətən bir neçə ayla məhdudlaşır. Və bir müddətdən sonra isə pasiyent yenə də tibbi yardım almaq üçün müraciət etməli olur. “Azdent” klinikasında isə bu məsələyə…
İmplantologiya “Azdent” klinikası öz pasiyentlərinə implantologiyanın ən yeni kəşflərini təklif edir. İmplantologiya – diş sırasının hər bir nöqsanlı problemlərini tez və effektiv şəkildə həll etməyə imkan verir. Sizin təbəssümünüz kamil və harmonik olacaqdır. Müasir və yüksək keyfiyyətə malik olan materialların tətbiqi isə bu kamilliyin uzunömürlü olmasına zəmanət verir. Klinikamızın ixtisaslı…
Laboratoriya Klinikamızın laboratoriyası... Kənar şəxslərin daxil ola bilmədiyi sirli və möcüzəli bir məkan... Bəli, məhz burada stomatologiyanın şah əsərləri, stomatologiya inciləri yaranır. Burada daima çox zəhmət və səbir tələb edən iş prosesi gedir. Məhz burada ən yeni kəşflər tətbiq edilir və ən müasir, yüksək dəqiqliyə malik avadanlıqlardan istifadə olunur. Məhz…
“Azdent” kilinkası – işin bütün sahələrində yeni texnologiyalar Fəaliyyətin bütün istiqamətləri üzrə yalnız ən yeni nailiyyətləri və texnologiyaları tətbiq etmək – “Azdent” stomatoloji klinikasının iş prinsipinin əsasıdır. Yeni texnologiyaların tətbiqi prinsipi eyni zamanda həm bilavasitə müalicə prosedurlarına, həm klinikanın texniki təminat məsələlərinə, həm də ümumiyyətlə təşkilati işlərə aiddir. Klinikanın elan…
Ortodontiya Yaxşı görünməyən əyri-üyrü dişlər bəzən insanda nəinki yalnız psixoloji komplekslərə səbəb ola bilir, hətta ağız boşluğunda ciddi xəstəliklərə də gətirib çıxarır. Bu nöqsanın düzəldilməsi işi ilə “Azdent” klinikasında estetik stomatologiyanın ən əsas sahələrindən biri olan – ortodontiya məşğul olur. Biz arzuedilən nəticənin əldə edilməsi üçün yalnız ən yeni texnologiyalardan…
Dişlərin ağardılması Dişlərin qüsursuz ağlığı əsl estetik sərvətdir, desək, - yanılmarıq. Və belə ağlıq “Azdent” klinikasının hər bir pasiyenti üçün əldə edilə bilən imkandır. Pasiyentlərimizin təbəssümünün gözəlliyinin qayğısına qalaraq, biz ən müasir ağartma üsullarını tətbiq edirik. Dişlərin ağardılmasının effektiv və ağrısız prosedurunu həm klinikamızda və həm də Sizin öz evinizdə…
“Azdent” klinikası: biz stomatologiya inciləri yaradırıq Stomatologiya nədir? Stomatologiya incəsənətdir, ən yüksək dərəcədə professionallıq və dahilik həddində olan yaradıcılıqdır, dünyamızı daha da gözəl etmək üçün bəşər övladının əlləri ilə yaradılan xüsusi bir sənətdir... “Azdent” klinikasının mütəxəssisləri stomatologiya yaradıcılığının incilərini yaradırlar, hər birimiz üçün həyati əhəmiyyətli olan təbəssümün estetikasını formalaşdırırlar. Belə…
Kompüter diaqnostikası Kompüter diaqnostikası aparılarkən görəsən nə əldə edilir? müayinələrin ən dəqiq diaqnostik nəticələri; obyektiv və anlaşıqlı diaqnoz qoyulması; xəstəliklərin simptomlarının və onların nəticələrinin 3-ölçülü təsvirlə öyrənmək imkanı. “Azdent” klinikasının gündəlik praktikasında tətbiq olunan kompüter diaqnostikası, mütəxəssislərin pasiyentlə ünsiyyətinin ən mühüm mərhələlərindən biridir. Biz öz işimizdə yalnız ən müasir diaqnostika…
Təbəssümün dizaynı Gözəl təbəssüm! Həqiqətən də bundan gözəl nə ola bilər ki?! Gözəl təbəssümə malik olan insanın qarşısında cəmiyyətin bütün qapıları açılır. Belə bir adamın digərləri ilə ünsiyyət saxlamaqda heç bir maneəsi olmur. Gözəl təbəssümdən xali olanlar üçün isə həyatda, cəmiyyət arasında çox çətin olur. Məhz bu səbəbdən son illər…
“Azdent” klinikasının ixtisaslı cərrahları öz işlərini ən yeni metodlardan istifadə etməklə müasir avadanlıqlarla yerinə yetirirlər. Diaqnostikanın maksimal dəqiqliyi 3D-tomoqrafiyasından istifadə hesabına əldə edilir. Bu metodun effektivliyi, onun çox yüksək dəqiqliyi üzərində bərqərar olmuşdur.  3D-tomoqrafiya metodunun adi müayinə üsulları – rentgenoqrafiya, ortopantomoqrafiya və s. qarşılığında üstünlüyü müqayisə edilməzdir: 3D-tomoqrafiya alınmış təsviri…