“Azdent” studiyasında qonaq olarkən
XXI əsr stomatologiyası – “Azdent” klinikası XXI əsrin stomatologiyası, yəni nə? Yəni, dünya stomatologiyasının innovasiya həlləri; Yəni, ciddi elmi araşdırmalar əsasında təşəkkül tapmış yeni yanaşma tərzilə edilən müalicə; Yəni, ən yeni nəsil texniki baza və stomatoloji avadanlıq - “Azdent” klinikası Sizə diş xəstəliklərinin müalicəsində, təkraredilməz və sağlam təbəssümün yaradılmasında innovasiyaların…
XXI əsr stomatologiyası – “Azdent” klinikası
XXI əsrin stomatologiyası, yəni nə?
- Yəni, dünya stomatologiyasının innovasiya həlləri;
- Yəni, ciddi elmi araşdırmalar əsasında təşəkkül tapmış yeni yanaşma tərzilə edilən müalicə;
- Yəni, ən yeni nəsil texniki baza və stomatoloji avadanlıq -
“Azdent” klinikası Sizə diş xəstəliklərinin müalicəsində, təkraredilməz və sağlam təbəssümün yaradılmasında innovasiyaların təsir mexanizmini hiss etməyə imkan verəcəkdir! Stomatoloji kabinetin bütün avadanlığının yalnız bor-maşından ibarət olduğu zamanlar isə artıq çoxdan tarixin arxivinə göndərilmişdir. Düzdür, mümkündür ki, hələ də bəzi digər tibb müəssisələrində bu cür köhnəlmiş iş üslubundan istifadə edirlər. Amma, bizim klinikada bu – mümkün deyildir!
- Estetik stomatologiya – təbəssümün dizaynı;
- İmplantologiya;
- Endodontiya;
- Ortodontiya;
- Dişlərin ağardılması;
- Dişlərin müalicəsi;
- Daha nələr, nələr...
Stomatologiyanın bütün bu iş istiqamətləri “Azdent” klinikasında yalnız ağrısız, yüksəkeffektivli müasir üsullarla həyata keçirilir. Və bütün bunlar heyranedici nəticələrə gətirib çıxarır.
Görəsən, kimsə stomatoloq-həkimin yanına sevinə-sevinə, məmnuniyyətlə gedən bir neçə tanışının adını çəkə bilərmi?
Amma biz minlərlə pasiyentimizin adını çəkə bilərik ki, XXI əsr stomatologiyasının bütün üstünlüklərini dəyərləndirə bilmişlər. Onların hər biri üçün klinikamıza gəlmək - artıq çoxdan təbəssümlərinin kamilləşdirilməsi yolunda komfortlu bir prosedura çevrilmişdir.
Müasir elm isə yerində dayanmır, elm – daima irəli gedir. Bütün sahələrdə olduğu kimi, stomatologiya sahəsində də dünya alimləri yeni kəşflər edir və yeni üsullar tapırlar. “Azdent” klinikasının mütəxəssisləri də bütün bu prosesləri diqqətlə izləyir və hadisələrin cərəyanını nəzərdən kənar qoymurlar.
“Azdent”in əsas fəaliyyət fəlsəfəsi - “Zamanla ayaqlaşmaq və müştərilərə yalnız ən yaxşı həllər təklif etmək”dir. Bizim klinikada Siz elmin yeni nailiyyətlərinin həqiqətən də insanın maraqlarının keşiyində necə durduğuna əyani şəkildə əmin olacaqsınız. Gözəl və sağlam təbəssüm sahibi isə hər bir kəs ola bilər!
Biznes-development – “Azdent” pasiyentləri üçün elmin yeni nailiyyətləri “Azdent” stomatoloji klinikası həm Bakının, həm də respublikamızın digər şəhərlərinin sakinləri arasında böyük populyarlığa malikdir. Klinikamızın əməkdaşlarının iş günü dəqiqələrinədək qeyd olunaraq tənzimlənmişdir. Bəs görəsən, onda öz başlıca işləri ilə məşğul olan “Azdent”in aparıcı stomatoloqlorı yeni elmi nailiyyətləri və üsulları gündəlik praktikalarına…
Biznes-development – “Azdent” pasiyentləri üçün elmin yeni nailiyyətləri
“Azdent” stomatoloji klinikası həm Bakının, həm də respublikamızın digər şəhərlərinin sakinləri arasında böyük populyarlığa malikdir. Klinikamızın əməkdaşlarının iş günü dəqiqələrinədək qeyd olunaraq tənzimlənmişdir. Bəs görəsən, onda öz başlıca işləri ilə məşğul olan “Azdent”in aparıcı stomatoloqlorı yeni elmi nailiyyətləri və üsulları gündəlik praktikalarına tətbiq etməyə necə vaxt tapırlar? Ümumiyyətlə, necə olur ki, klinika texniki və metodoloji bazasının modernləşdirilməsi məsələsində həmişə lider mövqelərində qalır?
Bu kimi sualların cavabı klinikanın ştatında biznes-development üzrə mütəxəssisin mövcudluğudur. Məhz belə bir menecer vəzifəsinin varlığı “Azdent” kinikasında elmi-texniki nailiyyətlərin tətbiqində başlıca rol oynayır.
Biznes-development meneceri klinikada stomatologiyanın inkişafına məsuldur. Onun qarşısında duran vəzifə pasiyentlərin cəlb edilməsi yox, aparılan elmi işlərin yüksək səviyyədə saxlanmasıdır. Məhz bu mütəxəssis dünya stomatologiyası sahəsində ən son nailiyyətləri araşdırır və onların klinikanın işində tətbiqini həyata keçirir.
“Azdent” klinikası müvəffəqiyyətli elmi inkişafı daima yüksək səviyyədə saxlamaq üçün dünyanın bir çox aparıcı stomatoloji klinikaları və ən yeni stomatoloji avadanlıq istehsalçıları ilə partnyorluq münasibətləri saxlayır. Biz həmişə elm və təcrübədəki yeni tendensiyaların və nailiyyətlərin nəbzini tuturuq. Bütün bunlar həm də ona görə həyata keçirilir ki, pasiyentlərimiz müalicə üçün Avropaya və ya ABŞ-a getmək zərurətindən xilas olub, elə vətənlərindəcə ən müasir xidmət spektrindən faydalana bilsinlər. Məhz “Azdent” klinikasında ilk olaraq elə yeni iş üslubları tətbiq edilir ki, başqa yerlərdə bu kimi məsələlər illər ötəndən sonra peyda olur.
Stomatologiya işlərinin elmi tərkibinə ayrılan diqqət, klinikamızın pasiyentləri tərəfindən göstərilən böyük etimadla və ən yüksək keyfiyyətli müasir xidmət siyahısı ilə özünü doğrultmuş olur.
Arzuların uşaq stomatologiyası Kiçik pasiyentləri qəbul edən bir klinika: Gülərüzlü həkim və ətrafda isə çoxlu oyuncaq; Professional xidmət və hər bir balaca pasiyentə çox məhrəmyanə və isti münasibət; Müasir təchizata malik olan kabinetlər və rahat ab-hava. “Azdent” uşaq stomatologiyasının ixtisaslı mütəxəssisləri buraya qədəm basmış hər bir balaca pasiyentə professional həkim…
Arzuların uşaq stomatologiyası
Kiçik pasiyentləri qəbul edən bir klinika:
- Gülərüzlü həkim və ətrafda isə çoxlu oyuncaq;
- Professional xidmət və hər bir balaca pasiyentə çox məhrəmyanə və isti münasibət;
- Müasir təchizata malik olan kabinetlər və rahat ab-hava.
“Azdent” uşaq stomatologiyasının ixtisaslı mütəxəssisləri buraya qədəm basmış hər bir balaca pasiyentə professional həkim yardımı göstərir. Amma, mütəxəssislərimizin uşaqlara ən mühüm yardımı - onların psixoloji dəstəyidir.
Adətən uşaqlarda ən kiçik yaşlarından başlayaraq, ağ xalatlı adamlara qarşı qorxu hissi əmələ gəlir. Və çox vaxt da bu stomatoloq qorxusu bizi bütün ömrümüz boyu müşayiət edir. Ağrı və xoşagəlməz hisslər gözləntisi, qorxu – bütün bunlar həm uşaqları, həm də onların valideynlərini həyəcanlamağa məcbur edir.
Amma, axı hər şey başqa cür də ola bilər! “Azdent” stomatologiya klinikasının mütəxəssisləri buna əmin olmaqda Sizin yardımçınızdır.
“Azdent” uşaq stomatoloji klinikasının üstünlükləri:
Bəs bizim uşaq stomatologiyamızın hansı üstünlükləri vardır?
1. Uşaqlarda stomatoloji xəstəliklərin və müxtəlif mürəkkəblik dərəcəsi olan diş zədələrinin aradan qaldırılması, müayinə və müalicə prosesi zamanı ən yeni tibbi avadanlıqdan və müasir üsullardan istifadə edilməsi səbəbindən balaca pasiyent ağrı hissinin nə olduğunu unudur.
2. İxtisaslı stomatoloq həkimlər uşaqlarla ünsiyyət qurmaq, onlarla işləmək üçün xüsusi treninqlər keçmişlər. Həkimlərin belə treninqlər nəticəsində aldığı təlim onlara uşaq-həkim münasibətlərində xeyirxah və etibar edilən ünsiyyət qurmağa imkan verir. Belə uşaqlarda qorxu və stomatoloji kabinetə bir daha gəlməmək hissi aradan qalxır.
3. Uşaq stomatoloji klinikasının xidmətlərindən istifadəyə nə qədər ehtiyac yaransa belə, balaca pasiyentin ilk dəfə gəlişi zamanı hər hansı bir tibbi xarakterli hərəkət istisna edilir. Həkim uşağı nə müayinə edir, nə diaqnoz qoyur, nə də ki, müalicə edir. Stomatoloqla ilk ünsiyyət uşağın yaddaşında yalnız maraqlı bir oyun şəklində qalır.
Arzuların uşaq klinikasının - “Azdent”in ən başlıca iş meyarları – göstərilən xidmətlərin yüksək keyfiyyəti, klinikanın hər bir əməkdaşının professionallığı və hər bir balaca pasiyentə qarşı fərdi yanaşmadır.
Sterilizasiya “Azdent” klinikasında xüsusi diqqət ayrılan məsələlərdən biri də sterilizasiya prosesləridir. Böyük qürur hissi ilə qeyd etmək istəyirik ki, klinikamızda ciddi şəkildə ən yüksək ISO 13485:2003 Avropa təmizlik keyfiyyəti standartlarına riayət olunur. Belə təmizlik standartı klinikada aparıan hər hansı bir profilaktik və ya müalicə prosedurları zamanı pasiyentlərimizin özlərini tam təhlükəsiz…
Sterilizasiya
“Azdent” klinikasında xüsusi diqqət ayrılan məsələlərdən biri də sterilizasiya prosesləridir. Böyük qürur hissi ilə qeyd etmək istəyirik ki, klinikamızda ciddi şəkildə ən yüksək ISO 13485:2003 Avropa təmizlik keyfiyyəti standartlarına riayət olunur. Belə təmizlik standartı klinikada aparıan hər hansı bir profilaktik və ya müalicə prosedurları zamanı pasiyentlərimizin özlərini tam təhlükəsiz hiss etməsinə imkan verir.
Mütləq təmizlik və infeksion təhlükəsizlik nəinki yalnız stomatoloji alətlərin və avadanlıqların, həmçinin pasiyentlərin gözləmə və ümumi istifadə yerlərinin, mebellərin, interyer əşyalarının, döşəmənin və hətta müalicə kürsülərinə qoşulmuş kanalizasiya sisteminin belə xüsusi məhlulların köməyi ilə gündəlik aparılan sterilizasiyasının nəticəsində əldə edilir. Yalnız bu yolla zərərli bakteriyaların və yoluxucu xəstəliklərin yayılması təhlükəsinin olmamasına tam zəmanət vermək mümkündür.
“Azdent” klinikası – pasiyentlərimiz üçün yalnız ən yaxşı avadanlıq “Azdent” klinikasının mütəxəssislərinin işinin keyfiyyəti, göstərilən tibbi xidmətlərin yüksək səviyyəsi, müalicə metodlarının geniş spektri və ağız boşluğunun çoxsaylı nöqsanlarının düzəldilməsi bir çox hallarda ən yeni stomatoloji avadanlığın tətbiqi ilə həll edilir. Bu zaman həm həkimlər, həm texniklər, həm də diaqnostlar belə…
“Azdent” klinikası – pasiyentlərimiz üçün yalnız ən yaxşı avadanlıq
“Azdent” klinikasının mütəxəssislərinin işinin keyfiyyəti, göstərilən tibbi xidmətlərin yüksək səviyyəsi, müalicə metodlarının geniş spektri və ağız boşluğunun çoxsaylı nöqsanlarının düzəldilməsi bir çox hallarda ən yeni stomatoloji avadanlığın tətbiqi ilə həll edilir. Bu zaman həm həkimlər, həm texniklər, həm də diaqnostlar belə avadanlıqlardan geniş şəkildə istifadə edirlər.
“Azdent” klinikasının bütün texniki baza kompleksi dünyanın aparıcı istehsalçılarının avadanlıqları ilə təchiz edilmişdir. Hazırda bu avadanlıqlardan Avropa və Amerikanın ən yaxşı stomatoloji klinikalarında istifadə edilir. Belə texnoloji bazaya malik olmaqla, praktikada ən müasir müalicə və diş-protez üsullarını tətbiq etmək mümkündür. Belə avadanlıqla ən gözəl təbəssümü və həm böyüklərin, həm də uşaqların ağız boşluqlarının tamamilə sağlam olmasını əldə etmək olur.
Yalnız ən yeni və müasir avadanlıq ən yüksək mürəkkəblik dərəcəsi olan müalicəni ağrısız və effektiv tərzdə aparmağa imkan verir. “Azdent” klinikasının mütəxəssisləri ən ciddi pozuntuları və nöqsanları olan xəstələri də qəbul edir və onların səhhətlərinin 100% bərpa edilməsini əldə edirlər və işlərinin nəticəsinə də uzun illərə hesablanmış zəmanət verirlər. Başqa cür ola da bilməz – axı, onlar yeni nəsil kəşflərlə “silahlanmışlar”.
Sözsüz ki, belə müasir avadanlığın qiyməti çox baha olur. Və müalicə və ya diaqnostika üçün, diş implantlarının yaradılması və ya estetik stomatologiya üçün növbəti avadanlıq alarkən, klinika çox böyük maddi məsrəflər çəkməli olur. Lakin, yalnız bu yolla xidmətlərin göstərilməsində ən yüksək keyfiyyətə nail olmaq və zamanın tələblərinə cavab vermək mümkündür. Biz pasiyentlərimiz qarşısında üzərimizə götürdüyümüz məsuliyyətin bütün ağırlığını başa düşürük. Və elə bu səbəbdən artıq uzun illərdir ki, “Azdent” ölkənin ən yaxşı klinikalarından biri sayılır.
Endodontiya Endodontiya və ya kanalların müalicəsi – stomatologiyanın mühüm sahələrindən biridir. Düzgün təyin edilmiş diaqnozdan və aparılmış müalicədən həm dişin, həm də bütün ağız boşluğunun sonrakı sağlıq durumu asılı olur. “Azdent” klinikası öz işində bu istiqamətə daha çox diqqət ayırır. Klinikanın endodont-həkimləri öz ustalıqlarını zaman-zaman xarici ölkələrdə keçdikləri müxtəlif seminarlar…
Endodontiya
Endodontiya və ya kanalların müalicəsi – stomatologiyanın mühüm sahələrindən biridir. Düzgün təyin edilmiş diaqnozdan və aparılmış müalicədən həm dişin, həm də bütün ağız boşluğunun sonrakı sağlıq durumu asılı olur.
“Azdent” klinikası öz işində bu istiqamətə daha çox diqqət ayırır. Klinikanın endodont-həkimləri öz ustalıqlarını zaman-zaman xarici ölkələrdə keçdikləri müxtəlif seminarlar və ixtisasartırma kursları vasitəsilə təkmilləşdirən yüksək səviyyəli professionallardır. Diaqnostikanın və müalicənin həyata keçirilməsi üçün yalnız ən yeni tipli avadanlıqlardan istifadə edilir. Bu cihazlar dəqiq diaqnoz qoymaq və xəstəliyin səbəblərini və nəticələrini aradan qaldırmaq imkanlarına malikdirlər.
Müalicə prosesində istifadə olunan müasir materiallar isə diş kanallarının keyfiyyətli işlənməsini və plomblanmasını yerinə yetirməyə imkan verir. Bütün işlərə bir neçə illik keyfiyyət zəmanəti verilir.
Daha bir önəmli məqam da vardır: bütün müalicə prosesi tamamilə ağrısız gedir. Yerli anesteziya aparılmasında istifadə olunan müasir preparatlarla yanaşı hər bir pasiyentə göstərilən psixoloji dəstək, dişlərin müalicəsinin xoşagəlməz və stressli prosesini rahat bir prosedura çevirir.
“Azdent” klinikası – pasiyentlərin rahatlığı yolunda “Azdent” stomatoloji klinikasında aparılan müalicə prosesini təkcə bir sözlə də xarakterizə etmək mümkündür. Tam rahatlıq – klinikamızın ana xətti, onun xüsusiyyəti budur. Komfort və rahatlıq Sizi klinikamıza ayaq basdığınız andan – diaqnostika prosedurlarından başlamış müalicənin sonuna qədər addımbaaddım müşayiət edir, hər tərəfdən əhatə edir.…
“Azdent” klinikası – pasiyentlərin rahatlığı yolunda
“Azdent” stomatoloji klinikasında aparılan müalicə prosesini təkcə bir sözlə də xarakterizə etmək mümkündür. Tam rahatlıq – klinikamızın ana xətti, onun xüsusiyyəti budur.
Komfort və rahatlıq Sizi klinikamıza ayaq basdığınız andan – diaqnostika prosedurlarından başlamış müalicənin sonuna qədər addımbaaddım müşayiət edir, hər tərəfdən əhatə edir.
Komfortlu diaqnostika
Müalicəyə gəlmiş pasiyentlərimizə düzgün diaqnoz qoyulması üçün onlar tam diaqnostikadan keçirlər. Diaqnostikanın əsasını təşkil edən rentgen müayinəsi, qəbul texnikası və laboratoriya kabinetləri kompakt şəkildə klinikamızın bir şöbəsində yerləşmişlər. Zəruri otaqların bir yerdə yerləşməsi, onların uzun-uzadı axtarışını, başqa binaya keçidi və hətta bəzən şəhərin başqa yerinə getməyi istisna edir.
Klinikamızda diaqnostika çox tez və ən əsası da, pulsuz həyata keçirilir. Nadir hallarda növbə yarandığı halda, pasiyentlərimiz rahat kürsülərdə əyləşərək bir fincan çay və ya qəhvə içə, təzə qəzetləri və jurnalları gözdən keçirə bilərlər. Əməkdaşlarımız hər bir pasiyentin klinikamıza gəlişini dəqiq planlaşdırdıqları üçün, belə vəziyyət adətən elə də uzun çəkmir.
Komfortlu müalicə
Klinikamızın hər bir pasiyenti onun müalicəsini aparacaq həkimin kim olacağını əvvəlcədən bilir. Həmçinin, stomatoloqun yanına neçə dəfə gəlmək lazım olduğu və hər bir prosedurun ayrı-ayrılıqda neçəyə başa gəlməsi də qabaqcadan məlumdur. İşlərin belə planlaşdırılması, sərbəst vaxtları məhdud olanlar və ya boş vaxtı heç olmayanlar üçün çox rahatdır.
Müalicə rahatlığını təmin edən məqamlardan biri də odur ki, müalicənin getdiyi bütün dövr ərzində sanki pasiyenti onun şəxsi məsləhətçisi də müşayiət edir. Konsultantın vəzifələrindən biri də pasiyent üçün ən münasib şəkildə həkimlərin qəbul saatlarını ona xatırlatmaq, operativ tərzdə qəbul vaxtlarının dəyişilməsi və ya mütəxəssisin iş qrafikində vakant qəbul saatının yaranması ilə bağlı onu məlumatlandırmaqdır.
Komfortlu mühit
“Azdent” stomatoloji klinikasının bütün interyeri pasiyentin rahatlığı nəzərə alınaraq quraşdırılmışdır. İnteryer elə düşünülmüşdür ki, pasiyent burada olduğu müddətdə özünü evindəki kimi rahat hiss etsin. Klinikada mövcud olan yumşaq, könül oxşayan rəng çalarları, rahat mebel, geniş otaqlar və digər komfort nişanələri pasiyentlərimizdə psixoloji tarazlıq effekti yaradır ki, bu da nəticədə onların daha tez sağalmasına şərait yaradır.
“Azdent” stomatologiyası – ağrısız müalicə Görəsən, dişləri müalicə etmək ağrısız ola bilərmi? Bəlkə diş müalicəsinin xoşagələn bir prosedur olması da mümkündür? “Azdent” stomatoloji klinikasının həkimləri hər iki, - ilk baxışdan qeyri-real görünən, - məsələni sübut etməyə hazırdırlar. Klinikamızın tibb təcrübəsində tətbiq olunan ən yeni müalicə üsulları və pasiyentlərlə iş üslubu…
“Azdent” stomatologiyası – ağrısız müalicə
Görəsən, dişləri müalicə etmək ağrısız ola bilərmi? Bəlkə diş müalicəsinin xoşagələn bir prosedur olması da mümkündür?
“Azdent” stomatoloji klinikasının həkimləri hər iki, - ilk baxışdan qeyri-real görünən, - məsələni sübut etməyə hazırdırlar. Klinikamızın tibb təcrübəsində tətbiq olunan ən yeni müalicə üsulları və pasiyentlərlə iş üslubu bunu iddia etməyə əsas verir.
“Azdent” klinikasında xoşagəlməz və kifayət qədər stress yaradan diş müalicəsi prosesi mənəvi və fiziki istirahətə çevrilir.
Ağrı olmayacaq!
Müalicə prosedurları istisnavi olaraq yerli anesteziya (keyləşdirmə, ağrısızlaşdırma) yolu ilə aparılır. Bunun üçün müasir, yüksək effektivliyə malik, pasiyent üçün tam təhlükəsiz olan preparatlar tətbiq olunur. Hətta anesteziyasız da müalicə mümkündür. Bu metod o zaman tətbiq olunur ki, stomatoloq ən yeni və çox sadə, yüngül müalicə üsulu seçir. Adətən belə metodlardan uşaq stomatologiyasında istifadə olunur. Lakin, elə böyük pasiyentlərin müalicəsi zamanı da ağız boşluğunun sağlamlığının bəzi pozuntuları dişlərə mexaniki təsir göstərilmədən aradan qaldırıla bilir.
Amma, əgər müalicə mütəxəssisdən ciddi iş və ağız boşluğuna kifayət qədər böyük müdaxilə tələb edirsə, tam arxayın ola bilərsiz ki, bu zaman Sizdə nə fiziki, nə də mənəvi diskomfort yaranmayacaqdır. Pasiyentdən asılı olaraq, fərdi qaydada seçilən və yalnız həkim manipulyasiyaları gedişatında təsirini göstərən güclü anesteziya, hətta nöqtə boyda ağrı hissinin belə yaranmasına imkan verməyəcəkdir.
“Azdent” klinikasını digər stomatologiyalardan fərqləndirən, ona üstünlük verən cəhətlərdən biri də - mütəxəssislərimizin beynəlxalq standartlara cavab verən hazırlıq səviyyəsidir. Klinikamızın ixtisaslı həkimləri tibbi təcrübə və praktika ilə yanaşı, həm də pasiyentə psixoloji dəstək vermənin əsasları ilə tanışdırlar. Burada hökm sürən rahatlıq, komfort və dostluq ab-havası Sizə mənəvi baxımdan yüngülləşməyə və mənfi emosiyalardan tamamilə qurtulmağa kömək edəcəkdir. Bütün bunlar “Azdent” klinikasında dişlərin müalicəsini xoşagəlməz və ağrılı bir prosedurdan rahatlıq gətirən məşğuliyyətə çevirir.
“Azdent” klinikası - ən yeni metodlar və unikal yanaşma Beynəlxalq təbabətin ən yeni nailiyyətlərinin həkimin ən yüksək peşəkarlığı ilə sintezi – “Azdent” stomatoloji klinikası innovasiyaların real təsirini hiss etməyə Sizə imkan verəcəkdir. Biz diş və ağız boşluğu xəstəliklərinin müalicəsində ənənəvi yanaşmaları qəbul etmirik. Biz hər bir pasiyent üçün fərdi olaraq…
“Azdent” klinikası - ən yeni metodlar və unikal yanaşma
Beynəlxalq təbabətin ən yeni nailiyyətlərinin həkimin ən yüksək peşəkarlığı ilə sintezi – “Azdent” stomatoloji klinikası innovasiyaların real təsirini hiss etməyə Sizə imkan verəcəkdir.
Biz diş və ağız boşluğu xəstəliklərinin müalicəsində ənənəvi yanaşmaları qəbul etmirik. Biz hər bir pasiyent üçün fərdi olaraq işlənib hazırlanmış effektiv müasir metodları təklif edirik. Bizim təklif etdiyimiz müalicə üsulları Sizin təbəssümünüzü gözəllik və sağlamlığın nümunəsinə çevirəcəkdir.
Hər bir pasiyentin “Azdent” klinikasının stomatoloqu ilə görüşü müfəssəl müayinədən başlayır. Bu zaman yalnız xəstəliyin və ya zədənin real təsvirini görməyə imkan verən diaqnostika tədbirlər kompleksinin aparılmasından sonra müalicə, profilaktika və ya ölçmə prosedurlarının fərdi qrafiki hazırlanır.
“Azdent”də çalışan həkimlərin yüksək professionallığına baxmayaraq, klinikamızda yalnızca öz şəxsi təcrübəsinə əsaslanaraq müalicə təyin edən “hər şeyi bacaran” fərdiçilər yoxdur. Əksər stomatoloji klinikalardan və kabinetlərdən fərqli olaraq “Azdent” klinikasında pasiyentin kompleks müalicəsi professional həkim konsiliumu tərəfindən təyin edilir. Əlbəttə ki, bu yol, həkim səhvinin ehtimalını istisna edir və seçilmiş müalicə metodunun səhihliyinə zəmanət verir.
“Azdent” klinikasında ən yüksək dərəcəli mütəxəssislər çalışırlar. Burada hər bir həkim ciddi təcrübə və bilik baqajına malikdir. İş əsnasında belə bir biliyin tətbiqi isə adətən stomatologiyanın müxtəlif sahələri üzrə dahiyanə qərar nümunələri ilə müşayiət olunur. Bütün bunlar isə mütləq müfəssəl professional hazırlğa və Avropanın ən yaxşı klinikalarında keçən təcrübəyə istinad edir.
“Azdent” stomatologiyasına müraciət edərkən Siz bunları əldə etmiş olursunuz:
- Avropa klinikaları səviyyəsində ixtisaslaşdırılmış tibbi xidmət;
- Müalicə prosesinin gedişatının dəqiq və başadülən olması (hər bir pasiyentə müalicə ilə əlaqəli bütün işlərin və prosedurların aparılma tarixi də göstərilməklə fərdi qrafiki təqdim edilir);
- Hər bir pasiyentin maksimal komfortlu şəraitlə əhatə olunması.
Profilaktika Dişlərin sağlamlığının qayğısına qalmaq, gündəlik gigiyena və profilaktikadan başlayır. Ən yaxşı diş fırçalarından və keyfiyyətli təmizləyici vasitələrdən istifadə etdikdə belə ev şəraitində dişlərin lazımi təmizliyini təmin etmək praktiki olaraq qeyri-mümkün olan bir işdir. “Azdent” stomatoloji klinikasına diş xəstəliklərinin profilaktikası məqsədi ilə müraciət etdikdə Siz bunları əldə etmiş olursunuz: professional…
Profilaktika
Dişlərin sağlamlığının qayğısına qalmaq, gündəlik gigiyena və profilaktikadan başlayır. Ən yaxşı diş fırçalarından və keyfiyyətli təmizləyici vasitələrdən istifadə etdikdə belə ev şəraitində dişlərin lazımi təmizliyini təmin etmək praktiki olaraq qeyri-mümkün olan bir işdir.
“Azdent” stomatoloji klinikasına diş xəstəliklərinin profilaktikası məqsədi ilə müraciət etdikdə Siz bunları əldə etmiş olursunuz:
- professional və keyfiyyətli xidmət;
- ağız boşluğunun diş ərpindən və diş daşından tam təmizlənməsi;
- Sizin fərdi xüsusiyyətləriniz nəzərə alınmaqla gigiyenist-həkimin dişlərə və damaqlara qulluqla bağlı ixtisaslı məsləhətləri.
Müalicə prosesi zamanı ən yeni avadanlıq tətbiq edildiyindən bütün həkim manipulyasiyaları tam ağrısız, lakin yüksək effektivliyi ilə xarakterizə olunur. Ağız boşluğunun sağlamlığını qoruyub saxlamaq üçün yarım ildə bir dəfə bizim mütəxəssislərə müraciət etmək kifayət edir.
Dişlərin ağardılması
Dişlərin qüsursuz ağlığı əsl estetik sərvətdir, desək, - yanılmarıq. Və belə ağlıq “Azdent” klinikasının hər bir pasiyenti üçün əldə edilə bilən imkandır. Pasiyentlərimizin təbəssümünün gözəlliyinin qayğısına qalaraq, biz ən müasir ağartma üsullarını tətbiq edirik. Dişlərin ağardılmasının effektiv və ağrısız prosedurunu həm klinikamızda və həm də Sizin öz evinizdə aparmaq mümkündür! Belə isə, seçim Sizindir! Variantlardan Sizə rahat olanını seçin və estetikaya və kamilliyə doğru addım atın!
Klinika şəraitində dişlərin ağardılması
Burada Sizi ən yeni və müasir ZOOM 2 stomatoloji sistemi, mütəxəssislərin səriştəli hərəkətləri və diş emalı üçün təhlükəsiz olan turşusuz gel gözləyir. Bunların köməyi ilə cəmi 1 saat ərzində dişlər lazımi səviyəyə qədər (4-8 rəng çaları) ağardılır.
Ev şəraitində dişlərin ağardılması
Klinikamızın mütəxəssisləri tərəfindən hazırlanmış və ağardıcı gellə doldurulmuş xüsusi kappa, dişlərin ağardılması prosedurunu evdə, işdə və hətta avtomobil sükanı arxasında həyata keçirməyə imkan verir. Kappanın dişlərdə saxlanması müddəti Sizin dişlərin rənginə olan arzunuz nəzərə alınmaqla həkim tərəfindən müəyyən olunur.
“Azdent” stomatoloji klinikası öz pasiyentlərinin təbəssümünün gözəlliyinin və onların rahatlığının qayğısına qalır. Elə bu səbəbdən də eyni dərəcədə effektiv üsulları ən rahat tətbiq edilə bilən formada təklif edir.
Müəyyənlikdən yaxşı – yalnız müəyyənlikdir Nə çox olub ki, stomatoloji problemlərimizlə bağlı stomatologiyaya müraciət etdiyimiz zaman “prosedurlar və ya müalicə çoxmu cəkəcək?” sualımıza: “Baxarıq...” kimi qeyri-müəyyən bir cavab almışıq? Bəlkə də əksər stomatoloji kabinetlər üçün bu cür vəziyyət – normal bir işdir. “Vaxt – qızıldır” – deyib aqillər. “Azdent” stomatoloji…
Müəyyənlikdən yaxşı – yalnız müəyyənlikdir
Nə çox olub ki, stomatoloji problemlərimizlə bağlı stomatologiyaya müraciət etdiyimiz zaman “prosedurlar və ya müalicə çoxmu cəkəcək?” sualımıza: “Baxarıq...” kimi qeyri-müəyyən bir cavab almışıq? Bəlkə də əksər stomatoloji kabinetlər üçün bu cür vəziyyət – normal bir işdir.
“Vaxt – qızıldır” – deyib aqillər. “Azdent” stomatoloji klinikasında həm Sizin, həm də klinikanın vaxtını qiymətləndirirlər. Hər bir pasiyentlə işin davamiyyəti barədə məsələyə keyfiyyətli, məsuliyyətli və işgüzar yanaşma klinikamızın həkimlərinin yüksək professionallığından xəbər verir.
Beləliklə, klinikamıza müalicə üçün, diş protezləri və ya dişlərin zahiri görünüşünün yaxşılaşdırılması üçün müraciət edən hər bir pasiyent üçün ilkin diaqnostikadan sonra həkim konsiliumu çağırılır. Konsiliumun nəticəsində çıxarılmış qərara uyğun olaraq, pasiyentə görüləcək bütün işlərin dəqiq müəyyən olunmuş müddətləri təqdim edilir. Müasir və yüksək dəqiqliyə malik olan avadanlıq vasitəsilə aparılan ilkin diaqnostika, problemi hərtərəfli müayinə etməyə imkan verir. Diaqnostikanın nəticələrinə görə isə həkim konsiliumu prosedurların başlanması barədə qərar verir. Bu qərar əsasında hər bir pasiyent özü üçün fərdi müalicə qrafiki əldə edir. Qrafikdə tarixləri, müddətləri və qiymətləri də göstərilməklə bütün prosedurlar öz əksini tapır.
“Azdent” klinikasının müəyyənlik sistemi üzrə işinin üstünlükləri
bundan ibarətdir:
- pasiyent öz gününü və ya iş rejimini prosedurların qrafikini nəzərə almaqla planlaşdırmağa imkan qazanır;
- görüləcək bütün işlərin dəqiq qrafikinin bəlli olması ilə həm pasiyentin, həm də klinikanın mütəxəssislərinin vaxtının səmərəli istifadəsi təmin edilir;
- qrafik üzrə dəqiqliklə göstərilmiş zaman prosedurlara gəlmiş bütün pasiyentlərin rahat və komfortlu şəraitdə vaxtlarının keçirilməsi təmin edilir.
Beləliklə, fərdi qrafikiniz olduğu halda Siz növbələrdə dayanmaq zərurətindən sığortalanmış olursunuz. Əvvəlcədən təyin edilmiş vaxtda isə müalicə proseduru dəqiq zamanında başlayacaqdır.
Bu sistemin ən böyük üstünlüklərindən biri də klinikamızın müştərisinin müalicə və digər prosedurların bitmə vaxtı və bütün işlərin qiyməti barədə dəqiq məlumata malik olmasıdır. Əminliklə demək olar ki, pasiyentlərlə işin planlaşdırılması məsələsinə belə professional yanaşma “Azdent” klinikasının bütün müştəriləri üçün ən böyük praktik komfortdur.
“Azdent” klinikasının ən başlıca dəyəri – tibbi personal “Azdent” stomatoloji klinikasının öz müştərilərinə təqdim etdiyi tibb xidmətlərinin yüksək səviyyəsi ilk növbədə onun hər bir əməkdaşının professionallığından və həmçinin, onun öz işinə can-başla, ürəklə yanaşmasından irəli gələn bir fenomendir. Bizim klinikada təsadüfi adamlar, müvəqqəti iş yeri axtaran həkimlər olmur. Belə kadr…
“Azdent” klinikasının ən başlıca dəyəri – tibbi personal
“Azdent” stomatoloji klinikasının öz müştərilərinə təqdim etdiyi tibb xidmətlərinin yüksək səviyyəsi ilk növbədə onun hər bir əməkdaşının professionallığından və həmçinin, onun öz işinə can-başla, ürəklə yanaşmasından irəli gələn bir fenomendir.
Bizim klinikada təsadüfi adamlar, müvəqqəti iş yeri axtaran həkimlər olmur. Belə kadr siyasəti həm həkimlərə, həm texniklərə və hətta xidmət personalına da münasibətdə tətbiq olunur. “Azdent”ə qəbul zamanı tətbiq olunan çox ciddi seçim prinsipləri, yalnız yaxşıların ən yaxşısını, ən yüksək səviyyəli professionalları dəvət etməyə imkan verir. Bu cür səviyyəyə malik olan mütəxəssislərə nəinki ölkəmizdə, hətta xarici ölkələrdə də böyük tələbat vardır.
«Azdent» klinikasında dəqiq təşkil edilmiş komanda şəklində iş və hər bir mütəxəssisin müəyyən bir sahə üzrə ixtisaslaşması metodu tətbiq edilir. Bu isə əməkdaşlarımıza öz sferaları üzrə kamilliyə çatmağa və qarşılarında duran vəzifələri ən yüksək səviyyədə yerinə yetirməyə imkan verir. Müxtəlif profilli həkimlərdən ibarət olan komanda işini tikinti briqadasında gedən iş kimi qurmuşdur. Yəni, bir həkimin yalnız dişlərin kökləri ilə məşgul olduğu zaman (endodontiya), digər həkim məhz diş tacı üzərində çalışır, üçüncüsü implantologiya məsələləri istiqaməində işləyir, növbəti həkim dişlərdə olan əyintiləri düzəldir (ortodontiya), bir başqası isə estetik stomatologiyada (ideal uyğun gələn təbəssüm) və s. ixtisaslaşmışdır. Bütün bu istiqamətlərin hər birində: həm endodontiyada və implantologiyada, həm ortodontiyada və estetik stomatologiyada, və digər sahələrdə profil üzrə mütəxəssislər çalışırlar. Onların hər birinin keyfiyyətli işi isə gözəl komanda nəticəsinin əsasına çevrilir.
Bəs “Azdent” stomatoloji klinikasının həkimləri necə adamlardır?
“Azdent”in həkimi – orta yaşlı, ciddi iş təcrübəsinə malik və aktiv şəkildə təbabətin ən yeni üsullarından istifadə edən, müasir metodları həyata keçirən mütəxəssisdir. Kilnikamızda çalışan həkimlərin əksər hissəsi qəlbinin istəyi və çağırışı ilə stomatologiya sahəsini seçmiş insanlardır. Bu məqam, bizim xüsusi qürur obyektimizdir. Belə insanların fitri bacarıqları sonradan qazandıqları dərin biliklər, həyat təcrübəsi və xarici ölkələrin ən yaxşı klinikalarında keçdikləri praktika ilə bir qədər də inkişaf edir və dərinləşir. Onların yüksək kvalifikasiyasının bariz sübutu – aldıqları beynəlxalq sertifikatlar və pasiyentlərimizdən gələn minlərlə təşəkkür dolu rəylərdir.
“Azdent” klinikasının texnikləri barədə isə saatlarla danışmaq mümkündür. Texniklərimiz doğrudan da öz işlərinin həqiqi professionallarıdırlar. Bunlar elə insanlardır ki, yaradıcılıq prosesini incəsənətə çevirirlər, stomatologiya şedevrlərini, sənət incilərini yaradırlar, hər bir təbəssümə gözəllik və harmoniya bəxş edirlər. Tətbiq olunan ən yeni dünya nailiyyətləri və zərgər dəqiqliyi, işə son dərəcə məsuliyyətlə yanaşma və laboratoriyamızda mövcud olan yüksək professional avadanlıq - müasir ustaların əllərində yaranan unikal əsərlərin bünövrəsində bunlar durur.
“Azdent”in xidmət personalı olmasa idi, klinikada rahatlığı hiss etmək müşkülə çevrilərdi. Məhz xidmət personalının keyfiyyətli və heç kəsə sezdirmədən, nəzakətlə və incə şəkildə gördüyü mühüm işin nəticəsində pasiyentlər klinikamızda özlərini komfortlu və rahat hiss edirlər.
“Azdent” klinikasında çalışan hər bir əməkdaş öz işini dəqiq bilir və bu işi ən yüksək səviyyədə yerinə yetirir.
Pasiyentlərə psixoloji dəstək – tez sağalmanın rəhnidir İnsanın hətta ən ağır xəstəlikləri zamanı ən mühüm aspektlərdən biri – onun psixoloji cəhətdən müvafiq durumda olmasıdır. Belə bir adamın Uca Yaradanın ona kömək etməsinə, öz gücünə, təcrübəli həkimlərin yardımına və dəstəyinə qəti şəkildə inanması, onun orqanizminin sürətlə bərpa olunacağına əsas yaradır. Təbii…
Pasiyentlərə psixoloji dəstək – tez sağalmanın rəhnidir
İnsanın hətta ən ağır xəstəlikləri zamanı ən mühüm aspektlərdən biri – onun psixoloji cəhətdən müvafiq durumda olmasıdır. Belə bir adamın Uca Yaradanın ona kömək etməsinə, öz gücünə, təcrübəli həkimlərin yardımına və dəstəyinə qəti şəkildə inanması, onun orqanizminin sürətlə bərpa olunacağına əsas yaradır. Təbii ki, hər şeydən əlini üzmüş, pessimist duruma düşən hər hansı bir xəstənin sağalması böyük müşkülə çevrilir.
“Azdent” klinikasının yüksək səriştəyə malik olan həkimləri yalnız ciddi, fundamental bilgilərlə və praktiki təcrübələrinin olması ilə məhdudlaşmırlar. Klinikamızda həkim hazırlığının ən mühüm aspektlərindən biri də pasiyentlərə psixoloji dəstəyin əsaslarının öyrənilməsi, həyata nikbin nəzərlərlə baxmanın formalaşması və sağalmaq niyyətində olmağa istiqamətlənməsinin təlim edilməsidir.
Məhz bu səbəbdən də “Azdent” klinikasının heç bir əməkdaşının leksikonunda “xəstə” sözü yoxdur. Demək, “Azdent” klinikasının nəzərində xəstə yoxdur! Bizim klinikada yalnız sağlamlıqları ilə əlaqəli bəzi narahatlıqlar keçirən pasiyentlər vardır. Lakin, əlbəttə, bütün bu çətinliklər və problemlər mütəxəssislərimiz tərəfindən tez bir şəkildə, keyfiyyətlə və zəmanətlə aradan qaldırılacaqlar.
Klinikamıza müraciət edən hər bir pasiyent ciddi psixoloji dəstək almış olduğunu elə ilk andaca hiss edəcəkdir. Gülərüzlü qarşılama və mehriban ünsiyyət, aparılacaq müalicənin dəqiq müddətləri, pasiyentə xidmət göstərəcək tibb mütəxəssislərinin tərkibinin əvvəlcədən bəlli olması və klinikamızda hökm sürən xüsusi xoş ab-hava – yalnız bir nəticəyə köklənmişdir. Bu nəticə hər bir pasiyentimizə tezliklə sağalmağa ümid vermək və onda pozitiv əhval-ruhiyyə yaratmaqdır. “Azdent”də çalışan hər bir mütəxəssis pasiyentlərimizin ruhiyyəsini hiss edir və çox incə şəkildə, sezilmədən hər hansı psixoloji gərginliyi aradan aparır.
Çünki, biz başa düşürük ki, yalnız xoş və yüksək əhval-ruhiyyədə olan pasiyentin müalicəsi ən uğurlu və ən effektiv alınacaqdır. “Azdent” klinikasını başqa stomatoloji müəssisələrdən əhəmiyyətli dərəcədə fərqləndirən əsas məqam da elə budur.
“Azdent” klinikası – texnikin işinin yeni konsepsiyası “Azdent” klinikasında hər hansı bir mütəxəssislə münasibətdə köhnəlmiş əmək konsepsiyası üsulları qəbul edilmir. Elə məhz tətbiq olunan əməyin təşkilinin unikal xüsusiyyətləri sayəsində klinikamızda yüksək effektivlik və göstərilən xidmətlərin əla keyfiyyəti əldə edilmişdir. Məsələn, əksər stomatoloji klinikalarda texnikin işi belə olur: çıxarılmış hazır surətlər…
“Azdent” klinikası – texnikin işinin yeni konsepsiyası
“Azdent” klinikasında hər hansı bir mütəxəssislə münasibətdə köhnəlmiş əmək konsepsiyası üsulları qəbul edilmir. Elə məhz tətbiq olunan əməyin təşkilinin unikal xüsusiyyətləri sayəsində klinikamızda yüksək effektivlik və göstərilən xidmətlərin əla keyfiyyəti əldə edilmişdir.
Məsələn, əksər stomatoloji klinikalarda texnikin işi belə olur: çıxarılmış hazır surətlər və ya ölçülər xəstənin üzünü belə görməmiş mütəxəssis-texnikə verilir. Bunların əsasında texnik protez, korreksiya lövhəciyi və s. hazırlayır. Bundan sonra hazırlanmış məmulat bilavasitə pasiyentlə işləyən həkimə çatdırılır. Burada pasiyentin məxsusi ölçülərinə daha düzgün uyğunlaşmaq üçün həmin bu məmulat özünəməxsus bir adaptasiya mərhələsini keçir, təmizlənir və s. Niyə bu, baş verir? Çünki, korreksiyaya ehtiyacı olan adamın ağız boşluğunu öz gözləri ilə görməmiş texnik, təbii ki, optimal münasib bir şey hazırlaya bilməz.
“Azdent” texnikinin işinin xüsusiyyətləri
İndi gəlin baxaq görək “Azdent” klinikasında texnikin işi necə qurulmuşdur.
1. Bütün surətlər, ölçülər, ümumiyyətlə digər ilkin parametrlərin götürülməsi bilavasitə texnik tərəfindən həyata keçirilir. Bu mütəxəssis müalicə alan insanın fərdi xüsusiyyətlərini görür və bütün bunlar məmulatın hazırlanması prosesində nəzərə alınır.
2. Hazırlanmış məmulatın yerində yoxlanması işləri də həmçinin texnik tərəfindən aparılır. Belə ki, yalnız texnik pasiyentin maksimal rahatlığı və məmulatın yüksək effektivliyi üçün hansı çatışmazlıqların aradan qaldırılmasının zəruriliyini başa düşür.
3. Ölçülərin götürülməsi anından başlamış hazır məmulatın pasiyentə verilməsi məqamına qədər işin bütün məsuliyyəti texnikin üzərində olur.
Beləliklə, klinikamızda mütəxəssislər arasında mövcud olan məsuliyyət bölgüsü prinsipi özünü tam doğruldur. Və “Azdent” stomatoloji klinikasının texnikləri arasında iş prosesinə məhz belə yanaşma - ən effektiv və uğurlu metod kimi qəbul edilmişdir.
Estetik stomatologiya Təbəssümünüzün Sizin qürur predmeti olmasına imkan yaradın! “Azdent” stomatoloji klinikasının mütəxəssisləri Sizə yaraşıqlılıq və sağlamlığın sevincini bəxş edəcəklər. Biz estetik stomatologiyanın yalnız ən yeni texnologiyalarını təklif edirik. Bü üsulun məqsədi dişlərdəki müxtəlif nöqsanları aradan qaldırmaqdır. Klinikamızın mütəxəssisləri Sizin sağlamlığınız və kamilliyiniz qarşısında duran bütün maneələri dəf etmək iqtidarındadır!…
Estetik stomatologiya
Təbəssümünüzün Sizin qürur predmeti olmasına imkan yaradın!
“Azdent” stomatoloji klinikasının mütəxəssisləri Sizə yaraşıqlılıq və sağlamlığın sevincini bəxş edəcəklər. Biz estetik stomatologiyanın yalnız ən yeni texnologiyalarını təklif edirik. Bü üsulun məqsədi dişlərdəki müxtəlif nöqsanları aradan qaldırmaqdır. Klinikamızın mütəxəssisləri Sizin sağlamlığınız və kamilliyiniz qarşısında duran bütün maneələri dəf etmək iqtidarındadır!
Estetik stomatologiya dedikdə nə başa düşülür?
Estetik stomatologiya, yəni:
- Keramik əlavələr;
- Metallokeramika;
- Əlvan metalların tətbiqi ilə olan keramika;
- Sirkon əsaslı metalsız keramika;
- CAD-CAM texnologiyası ilə hazırlanmış keramika;
- Bədii bərpa;
- Estetik vinirlər;
- Mikroprotezləşdirmə;
- Ortodontiya;
- Dişlərin ağardılması.
Biz klinikamızda tətbiq edilən bəzi ən yeni texnologiyaların nümunələrindən misallar çəkə bilərik.
Məsələn, “Azdent” klinikası ölkədə mövcud olan tək-tük bu tipli müəssisədir ki, müasir dünya stomatologiyasının ən son nailiyyətlərindən olan CAD-CAM diş-protezləşməsi texnologiyasını tətbiq edir. Bu texnologiya diş protezlərini zərgər dəqiqliyi ilə hazırlamağa imkan verir. Protezlər kompüter modelləşdirilməsi və rəqəmsal proqram təminatı olan ən müasir dəzgahlarda ultra dəqiq frezer vasitəsilə hazırlanır. Texnologiyanın unikallığı onun yalnız kompüterləşmiş istehsalı ilə əlaqədar deyildir. CAD-CAM texnologiyasının tətbiqi zamanı ağız boşluğu xüsusi cihaz vasitəsilə skanə edilir. Daha sonra, skanə edilmiş məlumatlar rəqəmsal formata çevrilir. Beləliklə, də protezlərin çox dəqiq şəkildə ağız boşluğunda yerləşdirilməsi əldə edilir.
“Azdent” klinikasının öz pasiyentlərinə təqdim etdiyi müasir texnologiyalardan biri də “Hollivud vinirləri” adını almış yüksəkkeyfiyyətli vinirlərdir. Belə vinirlərin sahibinə bir neçə onillik ərzində Hollivud təbəssümünə malik olmaqlıq təmin edilmişdir. Mühüm məqamlardan biri də budur ki, bu çox zərif lövhəciklərin yerləşdirilməsi zamanı əvvəlcədən dişləri cilalayaraq onların mina təbəqəsini zədələməyə ehtiyac yoxdur. Belə vinirlər tamamilə görünməzdirlər. Lakin, buna baxmayaraq, dişlərin sağlamlığının qayğısına qalaraq, eyni zamanda, heyranedici vizual effekt yaradırlar.
“Azdent” klinikasının həkimləri dişlərin müalicəsi zamanı əsasən keramik plomblardan (ceramic onlay) istifadə edirlər. Digər plombların qarşılığında keramikadan hazırlanmış plombların üstünlüyü sadəcə müqayisəyəgəlməzdir. Keramik plomb – yüksək dərəcəli möhkəmlik və estetika, dişin sağlam mina təbəqəsi ilə tam uyğunluq və praktik olaraq qeyri-məhdud istismar müddəti, ideal forma və fərdi hazırlanma deməkdir. Yüksəkkeyfiyyətli keramik plomb dişin itirilmiş formasını tam bərpa. Plomb dişə qoyularkən isə toxumaların quruluşuna ciddi müdaxilə tələb olunmur.
Bütün bu ən yeni texnologiyalar mütəxəssislərimizin gündəlik iş praktikasında tətbiq olunmaqdadır. Beləliklə, dünya stomatologiyasında müsbət rəylər almış yeni imkanlar artıq bu gün bizim pasiyentlərin xidmətinə təqdim edilmək üçün hazırdır!
“Azdent” klinikası – illərə hesablanmış zəmanət Zəmanətli müalicə... Bu sözləri demək olar ki, hər bir stomatoloji klinikada eşitmək mümkündür. Adət üzrə isə belə zəmanətlərin müddəti adətən bir neçə ayla məhdudlaşır. Və bir müddətdən sonra isə pasiyent yenə də tibbi yardım almaq üçün müraciət etməli olur. “Azdent” klinikasında isə bu məsələyə…
“Azdent” klinikası – illərə hesablanmış zəmanət
Zəmanətli müalicə... Bu sözləri demək olar ki, hər bir stomatoloji klinikada eşitmək mümkündür. Adət üzrə isə belə zəmanətlərin müddəti adətən bir neçə ayla məhdudlaşır. Və bir müddətdən sonra isə pasiyent yenə də tibbi yardım almaq üçün müraciət etməli olur.
“Azdent” klinikasında isə bu məsələyə tamamilə başqa yanaşma tətbiq edilir. Müalicə prosesinin bütün mərhələlərində: istər yalnız dişlərin müalicəsi, istər estetik stomatoloji xidmətlər və ya istərsə də implantologiya olsun, fərq etməz – mütəxəssislərin işinin keyfiyyətinə və istifadə olunan materialların davamlılığına verilən zəmanət ən yüksək həddədir. Bütün görülən işlərə verilən zəmanət müddəti günlərlə, aylarla yox, illərlə hesablanır. Təsəvvür edin ki, hər hansı bir problemlə “Azdent” klinikasına müraciət etmiş pasiyentlər, bir daha həmin problemlə bağlı geri qayıtmırlar!
“Azdent” klinikasının keyfiyyətli işinin əsasları
Klinikamızın pasiyentləri problemlərinin həlli ilə bağlı bir neçə illik zəmanət alırlar. Amma, əslində isə bu zəmanət sanki insana ömürlük verilir. Çünki, müalicə zamanı edilən heç bir iş, heç bir material bir daha korlanmır, bir daha həkimə ehtiyaclı olmur. Hər bir şeyi keyfiyyətli və uzun illərə hesablanmış kimi yerinə yetirmək məsələsində klinikamızın mütəxəssislərinin yararlandığı mühüm xüsusiyyətlər vardır ki, bunlar da:
- həkimlərimizin yüksək professionallığı və təcrübəsi;
- iş prosesində ən yeni üsul və metodlardan istifadə;
- yalnız ən keyfiyyətli materialların tətbiqi;
- ən yeni texniki bazadan istifadə;
- pasiyentin müalicə müşayiətinə kompleks yanaşma (dəqiq diaqnostika, obyektiv şəkildə təyin edilmiş prosedurlar) və s.
Klinikamızın hər bir pasiyentinə belə yanaşma “Azdent”in “zəmanətli klinika” reputasiyasının formalaşmasının əsasını təşkil edir.
Bizim müştərilərimiz bilirlər ki:
- biz öz müştərilərimizin rəy və mülahizələrinə dəyər veririk. Elə bu səbəbdən də vəziyyətdən asılı olmayaraq keyfiyyət məsələsi “Azdent”də ən önəmli məsələdir;
- biz ağız boşluğu problemlərinin, diş xəstəliklərinin keyfiyyətli və zəmanətli həllərini təklif edirik. Dişlərin nöqsanlarını düzəldirik və onlara estetik bir görünüş veririk;
- biz Sizin təbəssümünüzü sağlam və gözəl edəcəyik. Və bu təbəssüm həyatınız boyunca Sizi müşayiət edəcəkdir!
İmplantologiya “Azdent” klinikası öz pasiyentlərinə implantologiyanın ən yeni kəşflərini təklif edir. İmplantologiya – diş sırasının hər bir nöqsanlı problemlərini tez və effektiv şəkildə həll etməyə imkan verir. Sizin təbəssümünüz kamil və harmonik olacaqdır. Müasir və yüksək keyfiyyətə malik olan materialların tətbiqi isə bu kamilliyin uzunömürlü olmasına zəmanət verir. Klinikamızın ixtisaslı…
İmplantologiya
“Azdent” klinikası öz pasiyentlərinə implantologiyanın ən yeni kəşflərini təklif edir. İmplantologiya – diş sırasının hər bir nöqsanlı problemlərini tez və effektiv şəkildə həll etməyə imkan verir. Sizin təbəssümünüz kamil və harmonik olacaqdır. Müasir və yüksək keyfiyyətə malik olan materialların tətbiqi isə bu kamilliyin uzunömürlü olmasına zəmanət verir.
Klinikamızın ixtisaslı cərrahları bütün işlərini yeni metodlardan istifadə etməklə müasir avadanlıqda yerinə yetirirlər. Bu zaman 3D kompüter tomoqrafiyasından istifadə olunduğuna görə, diaqnostikanın maksimal dəqiqliyi əldə edilir. İmplantların uzunömürlü olması isə onların yüksək keyfiyyəti ilə əlaqədardır. Belə ki, implantlar aparıcı Avropa istehsalçılarının məhsuludur. Klinikada hər bir pasiyentin fərdi xüsusiyyətlərindən asılı olaraq, implantasiyanın müvafiq növü tətbiq edilir.
3D kompüter tomoqrafiya metodunun effektivliyi onun yüksək dəqiqliyi üzərində bərqərar olmuşdur. 3D tomoqraf vasitəsilə müayinə zamanı hər hansı bir təhrif istisna olunur. Aparatdan istifadə olunarkən pasiyentin qəbul etdiyi minimal şüalanma isə ona ildə 15 dəfə tomoqrafiyadan keçməyə imkan verir. Nəzərə alınmalıdır ki, bərk diş toxumalarında, diş kökü kanallarında, çənə sümüklərində gedən iltihab prosesləri zamanı yalnız 3D kompüter tomoqrafiyası metodu ilə ən dəqiq diaqnoz qoymağı təmin etmək mümkündür. Diş implantasiyasının aparılması zərurəti və ya digər operativ stomatoloq-həkim müdaxiləsi planlaşdırıldığı zaman isə 3D kompüter tomoqrafiyası sadəcə əvəzedilməzdir.
“Azdent” stomatoloji klinikası pasiyentlərinə ən müasir və layiqli texnologiyalar təklif edərək daima stomatologiyanın bu istiqamətini inkişaf etdirir.
Laboratoriya Klinikamızın laboratoriyası... Kənar şəxslərin daxil ola bilmədiyi sirli və möcüzəli bir məkan... Bəli, məhz burada stomatologiyanın şah əsərləri, stomatologiya inciləri yaranır. Burada daima çox zəhmət və səbir tələb edən iş prosesi gedir. Məhz burada ən yeni kəşflər tətbiq edilir və ən müasir, yüksək dəqiqliyə malik avadanlıqlardan istifadə olunur. Məhz…
Laboratoriya
Klinikamızın laboratoriyası... Kənar şəxslərin daxil ola bilmədiyi sirli və möcüzəli bir məkan... Bəli, məhz burada stomatologiyanın şah əsərləri, stomatologiya inciləri yaranır. Burada daima çox zəhmət və səbir tələb edən iş prosesi gedir.
Məhz burada ən yeni kəşflər tətbiq edilir və ən müasir, yüksək dəqiqliyə malik avadanlıqlardan istifadə olunur.
Məhz burada gözəllik və estetik cazibədarlıq əsərlərinin sənətkarları öz rəsmlərini yaradırlar.
Burada, “Azdent” klinikasının laboratoriyasında müxtəlif mürəkkəblik dərəcəsi olan diş protezlərinin və təbəssümün sağlamlığını və gözəlliyini təmin edən digər konstruksiyaların hazırlanması üçün bütün şərait vardır.
Burada, hər bir texnikin böyük iş təcrübəsi, səriştəsi, işə fədakarlıqla can yandırması incəsənətə çevrilərək, insanı heyrana gətirən sənət incilərinin əsasını təşkil edirlər. Yox, şübhəsiz ki, bu sənət yaradıcılarının əlləri ilə sadəcə implantlar və ya protezlər yaranmırlar. Onların dahiyanə yanaşması ilə bir qədər də artan düşüncə tərzi və ən yeni texnologiyalar bizim pasiyentlər üçün əsl stomatoloji incəsənət nümunələri meydana gətirirlər.
Klinikamızın hər bir mütəxəssisinin fasiləsiz şəkildə, dayanmadan davam edən bacarıq və vərdişlərinin kamilləşdirilməsi prosesi, ən yeni vasitələrin və üsulların daima cəlb edilməsi, istisnavi olaraq yalnız yüksək keyfiyyətli materialların tətbiq edilməsi nəticəsində obyektiv olaraq “Azdent” estetik stomatologiyanın öncülü və birincisi sayılmaqdadır.
“Azdent” kilinkası – işin bütün sahələrində yeni texnologiyalar Fəaliyyətin bütün istiqamətləri üzrə yalnız ən yeni nailiyyətləri və texnologiyaları tətbiq etmək – “Azdent” stomatoloji klinikasının iş prinsipinin əsasıdır. Yeni texnologiyaların tətbiqi prinsipi eyni zamanda həm bilavasitə müalicə prosedurlarına, həm klinikanın texniki təminat məsələlərinə, həm də ümumiyyətlə təşkilati işlərə aiddir. Klinikanın elan…
“Azdent” kilinkası – işin bütün sahələrində yeni texnologiyalar
Fəaliyyətin bütün istiqamətləri üzrə yalnız ən yeni nailiyyətləri və texnologiyaları tətbiq etmək – “Azdent” stomatoloji klinikasının iş prinsipinin əsasıdır.
Yeni texnologiyaların tətbiqi prinsipi eyni zamanda həm bilavasitə müalicə prosedurlarına, həm klinikanın texniki təminat məsələlərinə, həm də ümumiyyətlə təşkilati işlərə aiddir. Klinikanın elan etdiyi müasirlik prinsiplərinə müvafiqliyin ciddi göstərici və sübutlarından biri də pasiyentlərin uçotu və müalicə prosesinin idarəedilməsinin avtomatlaşdırılmasıdır.
Bəs, görəsən müalicə prosesinin avtomatlaşdırılmış idarəedilməsi nə geməkdir?
Keçirilmiş həkim konsiliumunun nəticələri bəlli olan kimi, pasiyent barədə və ona qoyulmuş diaqnoz haqqında informasiya klinikanın vahid məlumat bazasına daxil edilir. Standart arqumentlər əsasında tibbi prosedurların ardıcıllığı kompüter proqramı tərəfindən təyin edilir. Eyni zamanda, pasiyentlə işləyəcək mütəxəssislər qrupu – müalicəni aparan həkim, texnik müəyyən edilir, müalicənin hər bir mərhələsinin başlanğıcı və sona çatmasının müddətləri göstərilir.
Müalicə prosesinin avtomatlaşdırılmış idarəedilməsinin pasiyentlərə nə xeyri vardır?
- Beləliklə, klinikamızın pasiyentləri barədə bütün məlumatlar vahid məlumat bazasında toplanır və prosedurların vaxtlarının təyin edilməsi avtomatik şəkildə həyata keçirilir. Qrafikə riayət edildiyi təqdirdə mütəxəssislərin kabinetləri qarşısında düzülən növbələr nəticəsində yaranan vaxt itkiləri istisna olunur;
- Klinikanın tibbi personalının vaxtından səmərəli istifadə olunması, iş jurnallarının və planlarının doldurulması əvəzinə, pasiyentlərə maksimum diqqət ayırmağa imkan yaradır;
- Klinikada çalışan hər bir mütəxəssis öz pasiyenti barədə qabaqcadan məlumat alır. Bu, ona zəruri hazırlıq işlərini öncədən görməyə imkan verir;
- Pasiyent də əvvəlcədən müalicəni aparacaq həkim və ya işləri görəcək texnik barədə, müalicənin başlanması və sona çatması barədə əvvəlcədən məlumatlı olur. Bu da ona şəxsi vaxtını və iş qrafikini ən rahat bir formada planlaşdırmağa və nizamlamağa şərait yaradır.
Müalicə prosesinin avtomatlaşdırılmış idarəetmə sisteminin üstünlükləri bununla bitmir. “Azdent” hətta pasiyentlərimiz müayinələrini bitirib klinikanı tərk etdikdən sonra da onları unutmur. Klinikamızın öz pasiyentlərinə göstərdiyi pulsuz xidmətlərdən biri də müalicə prosedurları bitəndən və pasiyent klinikamızı tərk edəndən sonra hər 6 aydan bir ona SMS-məlumat göndərilməsidir. Bu ismarıcda pasiyentimizə onun dövri olaraq həkim tərəfindən profilaktik müayinədən keçməsi zərurəti xatırlanır. Belə profilaktik müayinə dişlərin daima həkim nəzarətində olmasını təmin edir, eyni zamanda onların həmişə sağlam və gözəl qalmasına imkan yaradır.
Ortodontiya Yaxşı görünməyən əyri-üyrü dişlər bəzən insanda nəinki yalnız psixoloji komplekslərə səbəb ola bilir, hətta ağız boşluğunda ciddi xəstəliklərə də gətirib çıxarır. Bu nöqsanın düzəldilməsi işi ilə “Azdent” klinikasında estetik stomatologiyanın ən əsas sahələrindən biri olan – ortodontiya məşğul olur. Biz arzuedilən nəticənin əldə edilməsi üçün yalnız ən yeni texnologiyalardan…
Ortodontiya
Yaxşı görünməyən əyri-üyrü dişlər bəzən insanda nəinki yalnız psixoloji komplekslərə səbəb ola bilir, hətta ağız boşluğunda ciddi xəstəliklərə də gətirib çıxarır. Bu nöqsanın düzəldilməsi işi ilə “Azdent” klinikasında estetik stomatologiyanın ən əsas sahələrindən biri olan – ortodontiya məşğul olur.
Biz arzuedilən nəticənin əldə edilməsi üçün yalnız ən yeni texnologiyalardan istifadə edirik. Pasiyentlərimiz dişlərindəki anomaliyaların müalicəsini apararaq, eyni zamanda cəmiyyət arasında heç bir psixoloji diskomfort hiss etmədən normal həyatları ilə yaşayırlar.
Klinikamızın mütəxəssislərinin istifadə etdiyi ən yaxşı müasir ortodontiya vasitəsi gözəgörünməz linqval texnikadır. Breketlər dişlərin üzərinə tamamilə ağrısız çəkilir, qəti şəkildə görünməz olur və kifayət qədər tez müsbət effektini göstərir.
“Azdent” klinikasının professionalları hər bir yaşda Sizə sağlam və gözəl təbəssüm əldə etməyə kömək edəcəklər!
Dişlərin ağardılması Dişlərin qüsursuz ağlığı əsl estetik sərvətdir, desək, - yanılmarıq. Və belə ağlıq “Azdent” klinikasının hər bir pasiyenti üçün əldə edilə bilən imkandır. Pasiyentlərimizin təbəssümünün gözəlliyinin qayğısına qalaraq, biz ən müasir ağartma üsullarını tətbiq edirik. Dişlərin ağardılmasının effektiv və ağrısız prosedurunu həm klinikamızda və həm də Sizin öz evinizdə…
Dişlərin ağardılması
Dişlərin qüsursuz ağlığı əsl estetik sərvətdir, desək, - yanılmarıq. Və belə ağlıq “Azdent” klinikasının hər bir pasiyenti üçün əldə edilə bilən imkandır. Pasiyentlərimizin təbəssümünün gözəlliyinin qayğısına qalaraq, biz ən müasir ağartma üsullarını tətbiq edirik. Dişlərin ağardılmasının effektiv və ağrısız prosedurunu həm klinikamızda və həm də Sizin öz evinizdə aparmaq mümkündür! Belə isə, seçim Sizindir! Variantlardan Sizə rahat olanını seçin və estetikaya və kamilliyə doğru addım atın!
Klinika şəraitində dişlərin ağardılması
Burada Sizi ən yeni və müasir ZOOM 2 stomatoloji sistemi, mütəxəssislərin səriştəli hərəkətləri və diş emalı üçün təhlükəsiz olan turşusuz gel gözləyir. Bunların köməyi ilə cəmi 1 saat ərzində dişlər lazımi səviyəyə qədər (4-8 rəng çaları) ağardılır.
Ev şəraitində dişlərin ağardılması
Klinikamızın mütəxəssisləri tərəfindən hazırlanmış və ağardıcı gellə doldurulmuş xüsusi kappa, dişlərin ağardılması prosedurunu evdə, işdə və hətta avtomobil sükanı arxasında həyata keçirməyə imkan verir. Kappanın dişlərdə saxlanması müddəti Sizin dişlərin rənginə olan arzunuz nəzərə alınmaqla həkim tərəfindən müəyyən olunur.
“Azdent” stomatoloji klinikası öz pasiyentlərinin təbəssümünün gözəlliyinin və onların rahatlığının qayğısına qalır. Elə bu səbəbdən də eyni dərəcədə effektiv üsulları ən rahat tətbiq edilə bilən formada təklif edir.
“Azdent” klinikası: biz stomatologiya inciləri yaradırıq Stomatologiya nədir? Stomatologiya incəsənətdir, ən yüksək dərəcədə professionallıq və dahilik həddində olan yaradıcılıqdır, dünyamızı daha da gözəl etmək üçün bəşər övladının əlləri ilə yaradılan xüsusi bir sənətdir... “Azdent” klinikasının mütəxəssisləri stomatologiya yaradıcılığının incilərini yaradırlar, hər birimiz üçün həyati əhəmiyyətli olan təbəssümün estetikasını formalaşdırırlar. Belə…
“Azdent” klinikası: biz stomatologiya inciləri yaradırıq
Stomatologiya nədir?
Stomatologiya incəsənətdir, ən yüksək dərəcədə professionallıq və dahilik həddində olan yaradıcılıqdır, dünyamızı daha da gözəl etmək üçün bəşər övladının əlləri ilə yaradılan xüsusi bir sənətdir...
“Azdent” klinikasının mütəxəssisləri stomatologiya yaradıcılığının incilərini yaradırlar, hər birimiz üçün həyati əhəmiyyətli olan təbəssümün estetikasını formalaşdırırlar.
Belə sənət əsərləri əlbəttə ki, yalnız bacarıqlı əllərin dahiyanə təfəkkürlə harmonik tandemindən yarana bilər. Sağlam təbəssümün əsasında hər bir pasiyentin fərd olmasının, onun xarici görkəminin xüsusiyyətlərinin, unikal konstruksiyaları yaratmağa kömək edən ən yeni materiallardan və avadanlıqlardan istifədənin durduğunun incə anlamı vardır.
Bəzən insanın həm sağlamlığı, həm də xarici görünüşü həkimin ustalığından asılı olur. Belə məqamlarda cüzi bir qeyri-dəqiqlik, kiçicik bir səhv insanın xarici görünüşünün dəyişilməsinə və bir çox hallarda isə əsl faciələrə gətirib çıxara bilər. Stomatologiya – təbabətin çox incə və zərif sahəsidir. Elə buna görə də ağız boşluğunun sağlamlığını yalnız təcrübəli və səriştəli mütəxəssislərə tapşırmaq olar.
“Azdent” klinikasının həkimləri isə yalnız dişlərin sağlamlığının yox, gördükləri işin nəticələrinin gözəlliyinin, vizual cəlbediciliyinin də qayğısına qalırlar. Ustalıq və professionallığın ən yüksək dərəcəsi də məhz bunda özünü büruzə verir.
“Azdent” klinikasının texniklərinin işini çox tez-tez zərgərlərin işi ilə müqayisə edirlər. Və həqiqətən də, hər bir yeni yaradılan diş möcüzəsi dəqiq, ölçülüb-biçilmiş, mikroskopik detallar da nəzərə alınmaqla görülən iş nəticəsində ərsəyə gəlir. Stomatologiya texniklərinin kabinetlərində fasiləsiz konveyer yoxdur ki, xırdalıqlara fikir yayındırmadan əsas məsələni – mümkün yollarla sifarişi sürətlə yerinə yetirsinlər. Əksinə, hər bir məmulat bacarıqlı əllər, həqiqi istedad və professional yaradıcı qəlblərin vəhdəti ilə yaradılır. Bu səbəbdən də “Azdent” hər bir pasiyenti ilə yerinə yetirdiyi işin nəticələrinə görə qürur hissi duyur.
Kompüter diaqnostikası Kompüter diaqnostikası aparılarkən görəsən nə əldə edilir? müayinələrin ən dəqiq diaqnostik nəticələri; obyektiv və anlaşıqlı diaqnoz qoyulması; xəstəliklərin simptomlarının və onların nəticələrinin 3-ölçülü təsvirlə öyrənmək imkanı. “Azdent” klinikasının gündəlik praktikasında tətbiq olunan kompüter diaqnostikası, mütəxəssislərin pasiyentlə ünsiyyətinin ən mühüm mərhələlərindən biridir. Biz öz işimizdə yalnız ən müasir diaqnostika…
Kompüter diaqnostikası
Kompüter diaqnostikası aparılarkən görəsən nə əldə edilir?
- müayinələrin ən dəqiq diaqnostik nəticələri;
- obyektiv və anlaşıqlı diaqnoz qoyulması;
- xəstəliklərin simptomlarının və onların nəticələrinin 3-ölçülü təsvirlə öyrənmək imkanı.
“Azdent” klinikasının gündəlik praktikasında tətbiq olunan kompüter diaqnostikası, mütəxəssislərin pasiyentlə ünsiyyətinin ən mühüm mərhələlərindən biridir. Biz öz işimizdə yalnız ən müasir diaqnostika avadanlığından istifadə edirik. Bu səviyyədə olan avadanlıqla aparılan diaqnostika həkimin səhv diaqnoz qoya bilməsi ehtimalını istisna edir.
Yeni nəsil kompüter sistemləri “Azdent” klinikası həkimlərinin düzgün və keyfiyyətli müalicəsinin əsasını təşkil edir. Klinikanın kompüter bazası daima təzələnir və yeni diaqnostika texnologiyaları ilə zənginləşir.
Təbəssümün dizaynı Gözəl təbəssüm! Həqiqətən də bundan gözəl nə ola bilər ki?! Gözəl təbəssümə malik olan insanın qarşısında cəmiyyətin bütün qapıları açılır. Belə bir adamın digərləri ilə ünsiyyət saxlamaqda heç bir maneəsi olmur. Gözəl təbəssümdən xali olanlar üçün isə həyatda, cəmiyyət arasında çox çətin olur. Məhz bu səbəbdən son illər…
Təbəssümün dizaynı
Gözəl təbəssüm!
Həqiqətən də bundan gözəl nə ola bilər ki?! Gözəl təbəssümə malik olan insanın qarşısında cəmiyyətin bütün qapıları açılır. Belə bir adamın digərləri ilə ünsiyyət saxlamaqda heç bir maneəsi olmur. Gözəl təbəssümdən xali olanlar üçün isə həyatda, cəmiyyət arasında çox çətin olur.
Məhz bu səbəbdən son illər ərzində praktik stomatologiya gözəl təbəssüm yaratmaq istiqamətinin inkişafı yolunda böyük səylər göstərmiş və nəhayətdə vizual nöqsanları ifadəli bir cəhətə çevirmək imkanı əldə etmişdir.
Bəs təbəssümün dizaynı nədir? Təbəssümün dizaynı – hər bir kəsə xəyallarında gəzdirdiyi təbəssümün, bəzilərinə isə Hollivud təbəssümünün sahibi olmaq imkanıdır. Stomatoloqların bu sahədə olan işlərinin nəticəsini istənilən kimi adlandırmaq olar, lakin onun effekti, bir qayda olaraq, bütün gözləntiləri aşır.
Xəyaldakı təbəssümü yaratmaq üçün dişlər, damaqlar, dodaqlar, ağız boşluğu da daxil olmaqla sifətin bütün quruluşu ilə kompleks şəkildə işləmək lazımdır. Mütəxəssis bu zaman sifət quruluşunun bütün “elementlərini” və ya onların bəzi hissələrini öz işinə cəlb edə bilir. Məsələn, bir çox hallarda yaxşı görünməyən təbəssümün səbəbi dişin və ya çənə sisteminin anadangəlmə anomaliyası olur. Alınmış zərbə, zədə və s. kimi səbəblər ucbatından meydana çıxmış qazanılmış xarakterli dəyişikliklər də az deyidir. Bəzi pasiyentlərin təbəssüm estetikasını diş-alveolyar damağın forması, başqalarında – diş sırasının anomaliyası, digərlərində isə - ayrı-ayrı dişlərin yerləşməsinin və formasının patologiyası və s. korlayır.
Təbəssüm dizaynının qaydaları
Üfüqi tənləşdirmə
Dişlərin kəsici kənarının xətti gözlərin üfüqi xəttinə paralel olmalıdır. Adətən, dişlər bu xətdən kənarlaşırlar ki, bu da təbəssümün gözəlliyinə xələl gətirir.

Simmetriya
İdeal halda təbəssümün simmetriyasının xətti sifətin orta xətti ilə üst-üstə düşməlidir. Yəni, bir tərəfdə yerləşən diş, çənənin o biri tərəfində olan dişin sanki güzgüdə olan əksi kimi görünməlidir. Belə “güzgü” simmetriyası düzgün və cəlbedici təbəssümün formalaşdırılması üçün çox mühümdür. Nəzərə almaq lazımdır ki, bu, heç də həmişə mümkün olmur.

Təbəssümün xətti
Dişlərin kəsici kənarı ilə keçən təbəssüm xətti alt dodağın xəttini təkrarlamalıdır. Bu halda təbəssüm daha təravətli və cavan görünür. Təbəssüm xətti nə qədər düz olsa isə insan bir o qədər yaşlı görünəcəkdir – bu, “dişlərin yeyilməsi” vizual effekti ilə əlaqədardır. Qadınların təbəssüm xətti kişilərinkinə nisbətən daha əyri olur.

Damaq xətti
Damaq xətti üst dodağın xətti ilə bir olmalıdır. Əyri damaq xətti cəlbediciliyin itirir, hətta bəzən pis təəssürat oyadır.

Dişin kəsici hissəsinin əyriliyi
Dişin kəsici kənarı iti formada olmasaydı diş kvadrat və böyük görünərdi. Diş ağızda nə qədər dərində yerləşirsə, onun kəsici kənarının əyriliyi bir o qədər də gözəçarpan olmalıdır.

Damağın yarımay forması
Bütün dişlərin damağı yarımay formasında olduqda, təbəssüm daha çox estetik görünür.

Qabaq dişlərin eninin düzgün mütənasibliyi
Diş ölçülərinin “qızıl kəsim” qaydası qabaq dişlərin ideal eninin nisbətini belə təsvir edir: 1,6/1,0/0,6

Diş proporsiyası
Hər bir dişin özünün müəyyən proporsiyası vardır. Məsələn, qabaq dişin hündürlüyünün onun eninə nisbəti belədir: 1:0,75

Təbəssümün eni
İnsan güləndə onun ağzının kənarlarında qara (“boş”) yerlər qalmamalıdır. Əks halda, kənar adamlarda belə təəssürat oyana bilər ki, bu şəxsin qabaq dişlərindən başqa digər dişləri yoxdur.

“Azdent” klinikasının mütəxəssisləri diş-çənə sisteminin hər hansı bir çatışmazlıqlarından qurtulmaqda, ümumiyyətlə belə nöqsanların mövcudluğunu belə həmişəlik yaddan çıxarmaqda və öz təbəssümünüzdən həzz almaqda Sizə kömək edəcəklər! Biz Sizə heyranedici nəticələr zəmanət veririk! Çünki, “Azdent”də ən müasir texnologiyalar, avadanlıq və materiallar tətbiq olunur və ən əsası da belə işləri görməyi bacaran yüksək ixtisaslı istedadlı mütəxəssislər mövcuddur.
“Azdent” klinikasına müraciət edərkən Siz düzgün seçim etmiş olursunuz! Mütəxəssislərimiz yalnız Sizin üçün, yalnız Sizə yaraşan təbəssümün korreksiya variantını seçəcəklər. Bütün proses isə üç mərhələdən ibarət olur:
1. Diaqnostika
Bu mərhələdə pasiyentin müayinəsi və həmçinin diaqnostik fotoçəkiliş həyata keçirilir. Rəqəmsal fotokameranın köməyi ilə zəruri sayda çəkiliş aparılır. Daha sonra bu fotolar mütəxəssislər tərəfindən təhlil edilir. Təhlil nəticəsində konkret pasiyentin müalicə metodikası müəyyənləşir. Kompüterin monitorunda sifətin ümumi quruluşu, pasiyentin qadın və ya kişi olması, həmçinin onun fərdi arzuları da nəzərə alınmaqla gələcək təbəssümün modelləşdirilməsi həyata keçirilir. Aparılmış işin nəticəsində monitorda bu təbəssümün, dişlərin rənginin, onların formasının necə olacağı artıq əvvəlcədən bəlli olur və görünür.
2. Təbəssümün dizaynının variantının müəyyən edilməsi
Aparılmış tibbi müayinədən və fotoşəkillərin xüsusi proqram təminatının tətbiqi ilə təhlilindən sonra “Azdent” klinikasının həkim konsiliumu qüsurun növünü və dərəcəsini və həmçinin onun aradan qaldırılması yollarını müəyyən edir. Hər bir qəbul edilmiş qərarın əsasında bir neçə professional stomatoloqun, diş texnikinin böyük iş təcrübəsi və ən müasir kompüter texnologiyaları durur. Son olaraq qəbul edilmiş variant pasiyentlə razılaşdırılır.
3. Müalicə
Müalicə prosesinin gedişatında müayinə vaxtı müəyyən edilmiş nöqsan və qüsurlar aradan qaldırılır. Bütün bu çatışmazlıqların yerində isə sağlam, gözqamaşdırıcı və gözəl bir təbəssüb meydana gəlir.
Bu metodun tətbiqi artıq təcrübədə özünün yüksək effektivliyini sübut etmişdir. Diş-çənə sisteminin pozuntularının növündən asılı olmayaraq “Azdent” klinikasının mütəxəssisləri hər bir zaman gözəl nəticələr əldə edirlər.
Siz artıq bu gün əsrarəngsiz təbəssüm sahibi olmaq istəyirsiniz? Onda “Azdent” stomatoloji klinikası məhz Sizi gözləyir!
“Azdent” klinikasının ixtisaslı cərrahları öz işlərini ən yeni metodlardan istifadə etməklə müasir avadanlıqlarla yerinə yetirirlər. Diaqnostikanın maksimal dəqiqliyi 3D-tomoqrafiyasından istifadə hesabına əldə edilir. Bu metodun effektivliyi, onun çox yüksək dəqiqliyi üzərində bərqərar olmuşdur. 3D-tomoqrafiya metodunun adi müayinə üsulları – rentgenoqrafiya, ortopantomoqrafiya və s. qarşılığında üstünlüyü müqayisə edilməzdir: 3D-tomoqrafiya alınmış təsviri…
“Azdent” klinikasının ixtisaslı cərrahları öz işlərini ən yeni metodlardan istifadə etməklə müasir avadanlıqlarla yerinə yetirirlər. Diaqnostikanın maksimal dəqiqliyi 3D-tomoqrafiyasından istifadə hesabına əldə edilir. Bu metodun effektivliyi, onun çox yüksək dəqiqliyi üzərində bərqərar olmuşdur.
3D-tomoqrafiya metodunun adi müayinə üsulları – rentgenoqrafiya, ortopantomoqrafiya və s. qarşılığında üstünlüyü müqayisə edilməzdir:
- 3D-tomoqrafiya alınmış təsviri skanə edə bilir. Bunun da nəticəsində mütəxəssis müayinə etdiyi obyekti 3-ölçülü təsvirdə görə bilir. Digər müayinə növləri isə yalnız vahid müstəvi təsvirini görməyə imkan verir.
- 3D-tomoqrafiya əldə edilmiş 3-ölçülü təsviri sonradan istənilən bucaq altında görməyə imkan verir. Kompüterin yaddaşında saxlanılan 3-ölçülü format müayinə edilən sahənin dəqiq surətidir. Elə ona görə də, hətta pasiyentin özünün olmaması şəraitində belə həkim, müayinə obyektini hər bir tərəfdən, hər bir müstəvidən və hər bir dərinlikdə tədqiq edə bilir. Digər müayinə növləri isə obyektin yalnız bir təsvirini verə bilir. Həkim müayinə sahəsinə başqa tərəfdən baxmaq istəyəndə isə yeni şəkil çəkmək lazım gəlir.
- 3D-tomoqrafiya təsvir skanə edilən zaman təhrif olunmur. Nəticədə skanə edilən müayinə obyekti real parametrlərini: ölçüsünü, konfiqurasiyasını, kölgəsiz təsvirini – almış olur. Şəkillərin mümkün təhrifi təhlükəsi olan digər variantlardan fərqli olaraq, 3D-tomoqrafiya variantı həm pasiyenti, həm də həkimi şəkillərin interpretasiyasında səhvlərdən tamamilə sığortalayır.
Bütün bunlarla yanaşı 3D-tomoqrafiya tamamilə təhlükəsizdir. Çünki, bu müayinə zamanı pasiyentin aldığı şüalanma yükü minimal olur. Belə cüzi şüalanma isə hər hansı bir fəsada səbəb olmadan ildə 15 tomoqrafiya keçirilməsinə imkan verir.

müasir tomoqraf
Müasir stomatologiyada yalnız bu metod dişlərin bərk toxumalarında, diş kökü kanallarında, çənə sümüyündə gedən iltihab prosesi zamanı ən dəqiq diaqnostikanı təmin etməyə qadirdir. Dişlərin implantasiyası və digər operativ müdaxilə üsullarının planlaşdırılması zamanı isə 3D-kompüter tomoqrafiyası sadəcə əvəzedilməzdir.
Əgər əvvəllər kompüterlərin əsas funksiyası xəstəliyin tarixi barədə olan məlumatların saxlanması və əldə edilməsinin rahatlığını təmin etmək idisə, bu gün təbabətdə kompüter daha mürəkkəb məsələləri həll edir. Kompüter müalicə prosesində tətbiq edilir. Belə ki, mülicənin həm planlaşması, həm də bilavasitə tibbi müdaxilə həyata keçirilir. Kompüterlərin tətbiqinin daha geniş yayıldığı istiqamət – diş implantasiyası sahəsidir. Dişlərin itkisi zamanı mütləq əksər hallarda ən yaxşı nəticə (həm estetik, həm də funksional baxımdan) məhz bu müalicə metodunun köməyi ilə əldə edilir.
İmplantasiya əməliyyatının keçirilməsinə sərf olunan vaxt bir çox amillərdən asılı olur. Lakin, ümumi halda bir implantın qoyulmasına təqribən 30-40 dəqiqə vaxt gedir. Hal-hazırda belə əməliyyatın keçirilməsi vaxtını kompüter modelləşdirilməsini tətbiq edərək azaltmaq mümkündür. Bu prosedur pasiyent üçün tam təhlükəsiz şəkildə həyata keçirilir. Belə ki, əməliyyata hazırlıq, onun planlaşdırılması bilavasitə əməliyyatın keçirilməsindən qabaq – kompüterlərin köməyi ilə yerinə yetirilir. Bu cür modelləşdirmənin nəticəsi isə xüsusi şablon – metal dəlikləri (gilizləri) olan cərrahi kapa olur. Dəliklər, implantları dəqiq şəkildə lazımi yerlərdə, lazımi bucaq altında və lazımi dərinlikdə yerləşdirməyə imkan verir. Belə modellərin quraşdırılmasının ilkin materialı – kompüter tomoqrafiyasıdır.
Beləliklə, dental implantların tətbiqi ilə həyata keçirilən müasir müayinə sxemi təqribən belə olur:
- Metal markerləri (pinləri) olan xüsusi kapanın hazırlanması. Bu pinlər modelləşdirmə zamanı alınan məlumatın real obyekt üzərində əməliyyatla əlaqələndirmək üçündür.

- Pasiyentin ağzında olan kapa ilə birlikdə kompüter tomoqrafiyası;
- Pasiyentin ağız boşluğunun virtual modelinin qurulması;

- Əməliyyatın planlaşdırılması (modeldə implantların yerləşdirilməsi);
İmplantasiya əməliyyatının modelləşdirilməsi üzrə proqramın pəncərəsi – həkim bütün parametrləri nəzarətdə saxlayır və implantları 0,1 mm dəqiqliklə yerləşdirmək imkanına malikdir
- Metal dəlikləri (gilizləri) olan cərrahi kapanın hazırlanması;


Beləliklə, implantasiya əməliyyatına bu cür yanaşma –
- Cərrahi müdaxilə müddətini qısaldır;
- İmplantasiyanın keçirilməsi zamanı dəqiqliyi və təhlükəsizliyi təmin edir.
Bütün bu amillər müalicənin keyfiyyətini artırır. İmplantların xidmət müddəti çoxalır, ağırlaşma hallarının baş verməsi imkanı isə azalır.


Kompüter tomoqrafiyasının nəticələrinə görə qurulmuş 3-ölçülü təsvirlər