Şəxsi məlumat
Mən, Rəhimova Nərgiz Həsən qızı, 1981-ci ildə Şəki şəhərində anadan olmuşam. Bəlkə də elə ona görə sonradan diş həkimi olmağa qərar verdim.
Uşaqlıq xatirələri və motivasiya
Bütün şəkililər kimi, mənim də dişlərimdə çox karieslər olub və bütün uşaqlar kimi diş həkimlərindən çox qorxurdum. Növbəti çox ağrılı keçən diş müayinəsindən sonra özümə söz verdim: stomatoloq olacam, lakin heç kimi incitməyəcəm.
Təhsil
Bu arzum məni 1993-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin stomatologiya fakültəsinə gətirdi. Həmin illərdə öz sənətimi daha da çox sevdim.
Peşəkar fəaliyyətə başlanğıc
Sadə bir təsadüf məni 5-ci kursda “Azdent” stomatoloji klinikasına gətirdi. Burada həkimin köməkçisi kimi işə başladım. İşlədiyim həkim – Xatir Məkikli – öz işinin peşəkarı və Azərbaycanda ən müasir metodlarla çalışan bir həkim idi. Onunla işləmək həm maraqlı, həm də məsuliyyətli idi.
Bir il sonra eyni klinikada həkim kimi fəaliyyətimə başladım. Klinikamızda həmin dövrdə uşaq stomatoloqu olmadığı üçün əsasən uşaqları müalicə edirdim. Elə fəaliyyətimin ilk aylarında anladım ki, uşaq diş həkimliyi mənim çağırışım (prizvaniyam) imiş.
İxtisasartırma və iştirak etdiyim kurslar
Bu sahədə daha yaxşı olmaq üçün iştirak etdiyim kurslar:
“Bilge Hakan Şən ilə Endodonti”
“Современный протокол эстетической реабилитации” – Пешко А.А
“Прогнозирование успешности эстетических реставраций во фронтальном участке” – Пешко А.А
“Temporary anchorage devices” – Nejat Erverdi
“2-ci Beynəlxalq Azərbaycan Peşəkar Ortodontlar Cəmiyyətinin Konfransı”
“Композит за пределами возможного” – Морио Бесек
Peşəkar baxışım
Əlbəttə, ilk növbədə mən stomatoloqam. Lakin uşaqlara olan səmimi sevgi həmişə ön planda olub. Onların mənə olan inamı və güvəni mənim üçün çox önəmlidir. Məncə, uşaq stomatoloqunun ən vacib işi müalicə yox, profilaktikadır — yəni xəstəliyin qarşısını almaq. Uşaqlara diş qulluğunu sevdirmək və onun vacibliyini anlatmaq mənim başlıca məqsədimdir.